EKOLOJİ QanunVERİCİLİKDƏ STanDaRTLaŞDIRMa VƏ SERTİFİKaT LaŞDIRMa: MÖVCuD PROBLEMLƏR VƏ HƏLLİ YOLLaRI
Abstract
Ə traf mühitin mühafizəsi və dayanıq- lı inkişafın təmin edilməsində ekoloji hüquqi mexanizm xüsusi əhəmiyyət kəsb edir.Belə ki, bəşəriyyətin iqtisadi fəaliyyətinin yer kürəsinin təbii ehtiyatlarını tükətməsi, təbiəti çirkləndirməsi və iqlim dəyişikliyinə səbəb olması kimi amillər bu sahədə hüquqi tənzimləməni qaçılmaz edir.Çirklənmələri məhdudlaşdırmaq, bioloji müxtəlifliyi qorumaq və dayanıqlı inkişafı təmin etmək üçün dövlətlər ekoloji qanunvericilik aktları qəbul etmiş, bu sahədə müvafiq tənzimləyici çərçivələr yaratmışlar.Lakin sözügedən məqsədlərə nail olunmasında sərt im perativ normalarla yanaşı, könüllü əsaslarla həyata keçirilən ekoloji sertifikatlaşdırma və eti ket ləmə fəaliyyəti də mühüm rol oynayır.Ekoloji sertifikatlaşdırma dedikdə malların və ya xidmətlərin ekoloji standartlara uyğun olmasının təsdiqlənməsi başa düşülür.Bu yolla şirkətlər öz istehsal etdikləri məhsulların ekoloji baxımdan təmiz olmasını təsdiq edə bilirlər.Xüsusilə ötən əsrin sonlarından etibarən ekoloji savadlılığın artması, istehlakçıların məhsul seçərkən həmin məhsulun ekoloji təmiz olmasına diqqət yetirmələrinə gətirib çıxarmışdır.Bu isə özlüyündə, şirkətlərin istehsal etdikləri məhsulların və ya göstərdikləri xidmətlərin ekoloji təmiz olmasının təsdiqlənməsində marağının artmasına səbəb olmuşdur.Belə ki, şirkətlər öz mallarının və ya göstərdikləri xidmətlərin ekoloji standartlara uyğunluğunu təsdiq etməklə öz müştərilərinin və səhmdarlarının güvənini qazanaraq bazarda üstünlük əldə edirlər.Bütün bunlar şirkətlərin ekosertifikatlaşdırma və etiketləməyə marağını artırmaqla yanaşı dövlət qurumları və müstəqil təşkilatların ekoloji standartları işləyibhazırlamasına, habelə bu əsasda yeni sertifikatlaşdırma sxemləri hazırlamalarına gətirib çıxarmışdır.
Fields of Study & Subjects
Environmental law and policy
International Environmental Law and Policies
Quality and Management Systems
Publication details
- Journal / source
- Qanun
- Publication date
- 24 February 2026
- Language
- AZ