Mülki və inzibati hüququn ziddiyyət nöqtəsi: İnzibati müqavilə və ondan irəli gələn mübahisəli münasibətlərin hüquqi təhlili
Abstract
Annotasiyaİnzibati müqavilə anlayışı müasir hüquq sistemlərində, xüsusilə fransız hüququnun təsiri altında formalaşsa da, bu institut müxtəlif ölkələrin qanunvericiliklərində fərqli şəkildə tənzimlənir.Bu hal müqavilə institutunun tarixi baxımdan mülki hüquqdan qaynaqlanması ilə izah edilir.Azərbaycan qanunvericiliyində isə inzibati müqavilə ayrıca hüquqi kateqoriya kimi təsbit edilmədiyindən, beynəlxalq təcrübədəki bu fərqli yanaşmalar onun hüquqi mahiyyətinin və tətbiq çərçivəsinin ölkə kontekstində mübahisəli qalmasına gətirib çıxarır.Bu məqalədə inzibati müqavilənin anlayışı, xarakterik xüsusiyyətləri və hüquqi təbiəti müxtəlif ölkələrin qanunvericiliyi və doktrinal yanaşmaları əsasında təhlil edilmişdir.Onun inzibati akt və mülki-hüquqi müqavilə ilə müqayisəsi aparılmış, məhkəmə aidiyyəti, müvafiq iddia növünün seçilməsi və üçüncü şəxslərin hüquqlarının müdafiəsi kimi məsələlər araşdırılmışdır.
Fields of Study & Subjects
Administrative Law and Governance
Legal principles and applications
Comparative International Legal Studies
Publication details
- Journal / source
- Baku State University Law Review
- Publication date
- 15 January 2026