MƏTNİN QURULUŞ MEXANİZMİNDƏ BAĞLAYICILARIN ROLU
Abstract
GiriĢ.Mətnin komponentlərini onun tərkibinə daxil olan cümlələr təĢkil edir.Mətnin tərkibindəki sintaktik vahidlər olan cümlələr bir-birilə müxtəlif vasitələrlə əlaqələnir.Cümlələrin predikatının zamanca uyqunluğu, mətnin komponentlərini əlaqələndirən bağlayıcıların hər iki növü, Ģəxs əvəzlikləri və s. ilə bağlıdır.Məzmunun, mövzu, müəllif üslubundan, yazı tərzindən, əsərin forma və janrından asılı olaraq mətnlər müxtəlif cür tərtib oluna bilər.Dilçiliyin struktur-semantik, funksional-kommunikativ xüsusiyyətləri əsas tədqiqat obyektinə çevirmiĢdir.Mətn problemi, onun kateqoriyaları, ümumi dilçilikdə keçən əsrin 70-ci illərindən tədqiq olunmağa baĢlanmıĢdır.Azərbaycan dilçiliyində də mətn sintaksisinin öyrənilməsi istiqamətində xeyli iĢlər görülmüĢ, mətn bir sintaktik vahid kimi müxtəlif aspektlərdən tədqiqata cəlb olunmuĢ, bu sahədə bir çox araĢdırmalar aparılmıĢdır.Mətn nədir və onun təĢkili mexanizmi necə olmalıdır?Mətn (ərəb mənĢəlidir, məna etibarilə birləĢmə sözünə uyğundur) sözlərin leksik və qrammatik cəhətdən birləĢdiyi, daxili struktur-semantik əlaqələri, məntiqi məna ardıcılığı olan cümlələr məcmusudur.Formal cəhətdən sintaktik bütövlərdən ibarət olan mətn kommunikasiya prosesinin ən böyük vahididir.-Sintaktik bütövün əsas xüsusiyyətləri məzmun vahidliyi, məna vəhdəti, bütövlük, struktur qapalılıq, komponentlərin qarĢılıqlı münasibətində meydana çıxan əlaqə üsulları, əlaqə üsullarının mürəkkəb cümləyə nisbətən dərinliyi, çoxtərəfliliyi və sinonimlərə dəyiĢmə imkanlarının olmasıdır‖[1.s.13] Cümlələrin birləĢməsi komponentlərin məzmun etibarilə bir tam kimi təzahüründə ifadə edilir.Məzmun etibarilə bütövlük, quruluĢ baxımdan komponentlərin qarĢılıqlı münasibətində meydana çıxan əlaqə üsulları, əlaqə üsullarının mürəkkəb cümləyə nisbətən dərinliyi, çoxtərəfliliyi və sinonimlərə dəyiĢmə imkanlarının olmasıdır Mətn müxtəlif dil vahidlərinin leksi və qrammatik cəhətdən, eyni zamanda da məntiqi ardıcıllıqla düz xətt boyunca ardıcıl düzülüĢüdür.Burada məna və məzmun bitkinliyi əsas Ģərtdir.Onun quruluĢ mexanizmi təkcə qrammatik qaydalara deyil, həmçinin məntiqi-semantik prinsiplərə əsaslanır.Ə.Cavadov mətnə belə tərif verir: -Zəncirvarı daxili ardıcıllıqla sıralanan, müvafiq qəlibdə nizamlanan, xüsusi avaz və ahənglə bir-birinə bağlanan mürəkkəb sintaktik parçalar mətn adlanır.Mətnə
Fields of Study & Subjects
Linguistics and Discourse Analysis
Linguistic research and analysis
Syntax
Semantics
Linguistic Variation
Publication details
- Journal / source
- Research Papers of Azerbaijan University of Languages
- Publication date
- 26 January 2026