E-HÖKUMƏT VƏ İDARƏETMƏ SİSTEMLƏRİNDƏ ELEKTRON İMZANIN TƏTBİQİNİN ƏHƏMİYYƏTİ VƏ ÜSTÜNLÜKLƏRİ
Abstract
Elektron hökumətin tətbiqi və inkişafında elektron imza mühüm əhəmiyyətə malikdir.Son illərdə elektron imzadan istifadə həm dövlət qurumları, həm sahibkarlar, həm də vətəndaşlar üçün xüsusi maraq kəsb etməyə başlamışdır.Bu səbəbdən dövlət idarəçiliyinin həyata keçirilməsində e-imzadan istifadə olunması və onun əhəmiyyəti aktual xarakter daşıyır.Tədqiqatın işlənilməsində müqayisəli təhlil, analiz, sənədlərin öyrənilməsi kimi mühüm metodlardan istifadə edilmiş, eyni zamanda, araşdırma nəticəsində beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilmişdir.Tədqiqat mövzusunun araşdırılması onu göstərir ki, elektron imzanın öyrənilməsi təhlükəsizliyin, operativliyin və həqiqiliyin qorunub saxlanılmasını bir vəzifə kimi qarşıya qoyur, həmçinin, tədqiqatın məqsədi aşağıdakı şəkildə qruplaşdırılır:-İnformasiya təhlükəsizliyi və məlumat məxfiliyinin təmini; -Sənədi təsdiq edənin həqiqiliyinin gözlənilməsi; -İmzanın əldə edilməsinin və istifadəsinin sadələşdirilməsi; -Vətəndaşlar üçün elektron imzanın əldə edilməsi prosesinin tam olaraq ödənişsiz həyata keçirilməsi istiqamətində işlərin görülməsi. Elektron imza anlayışı və onun əhəmiyyətiElektron imza adi əlyazma imzanın rəqəmsal versiyası olaraq mühüm əhəmiyyət daşımaqla, əlyazma imza kimi hüquqi qüvvəyə malikdir.Rəqəmsal transformasiyanın sürətlənməsi nəticəsində təhlükəsizliyi və hüquqiliyi qorumaq prosesində e-imzalar mühüm texnologiyaya çevrilmişdir.Xüsusilə, bu proses biznes əlaqələrinin uzaqdan həyata keçirilməsində və idarə edilməsində xüsusi rola malikdir.Elektron imzanın yaranması informasiya texnologiyalarının və hüquq elminin birləşməsinin ortaq nəticəsi kimi meydana çıxmışdır.Rəqəmsal mühitin formalaşması nəti
Fields of Study & Subjects
E-Government and Public Services
Legal and Policy Issues
Digital Transformation in Law
Publication details
- Journal / source
- Civilization
- Publication date
- 12 March 2026
- Language
- AZ