“QRAF MONTE KRİSTO” ROMANINDA FRANSA SOSİAL-SİYASİ HƏYATININ BƏDİİ İNİKASI

Read full text

Abstract

GirişFransız ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Dümanın "Üç muşketyor" əsərindən sonra dünya ədəbiyyatında səs salan əsəri "Qraf Monte Kristo" adlı iki hissəli romanı sayılır.Romanın əsas ideyasını elə əsərin birinci hissəsində müəyyən etmək bir o qədər də çətin olmur.İntiqam üzərində qurulmuş roman, əsasən, insani duyğuların müxtəlif sferalarda nümayiş etdirilməsini macəra üslubunda əks etdirir.Macəra forması həm də ona görə ona yaxın idi ki, yazıçı səyahəti sevirdi.Məlum olduğu kimi, Düma səyahət etməyi sevən biri olmuşdur və dünyanın müxtəlif ölkələrinə səyahətlər etmişdir.Bununla bağlı olaraq da bir neçə səyahət əsərləri meydana gəlmişdir.Hökümə Abbasova bu barədə öz məqaləsində qeyd edir: "XIX əsrin bu məşhur fransız yazıçısı tarixdə həm də səyyah kimi tanınıb.Belçika, İsveçrə, İtaliya, Rusiya və Qafqazda daxil olmaqla bir sıra ölkələri və diyarları gəzib-dolaşan Düma təəssüratlarını öz əsərlərində ustalıqla əks etdirmişdir.O, təxminən 10-a qədər səyahət əsərinin müəllifidir" (1, 3).Bu əsərlər arasında "Rusiyaya səyahət" (Impressions de voyage: En Russie) (1858), "İspaniyaya səyahət (Impressions de voyage: En Espagne) (1847), "İtaliyaya səyahət" (Impressions de voyage: En Italie) (1843), "Qafqaza səyahət" (lmperessions de voyage: En Khafkaz), "Qar yığını" və "Sultanetta" daxildir.Bu əsərlərində səyahət edib olduğu ölkələrin adət-ənənələrini tədqiq etmiş, gördüklərini qələmə almışdır."Qraf Monte Kristo" əsərində də biz əsaslı müqayisələrə rast gəlirik.Bu müqayisələr həm Fransanın öz əyalətləri, həm də digər ölkələrə əsasən aparılırdı.Təsadüfi deyil ki, yazıçının sözü gedən romanında şərq motivi güclüdür, yaradılan dəbdəbə şərqin təsiri ilə yaradılır.1. "Qraf Monte Kristo" romanında obrazlar sistemi Əsərdə baş qəhrəman Edmon Dantesdir.Kasıb ailədə böyüyən Dantes öz dünyasında yaşmağa çalışan, sevdiyi qız Mersedeslə evlənəcəyini xəyal edən sadə obrazdır.Lakin hadisələrin qəfil və mənfi istiqamətdə dəyişməsi Dantesi öz həyatından çox uzaqlaşdırır.Olduğu kiçik və təmiz arzulardan qoparılan Dantes intiqam hissi ilə həyat amalını birləşdirən Qraf Monte Kristoya çevrilir.Baş verən hadisələr sonrasında Edmon dəniz səyyahı Sindbada

Fields of Study & Subjects

French Literature and Poetry French Literature and Criticism Travel Writing and Literature

Publication details

Journal / source
Civilization
Publication date
12 March 2026
Language
AZ