ANATOL FRANSIN ƏDƏBİ HƏQİQƏTLƏRİ: İRONİYA VƏ SOSİAL DÜŞÜNCƏ
Abstract
Açar sözlər: Anatol Frans, ironiya, istehza, satira, sosial funksiya, "Pinqvinlər adası", "Tanrılar susamışlardı" Giriş Dil hər bir sahənin özünə məxsus ifadə etmə tərzini və kommunikativ potensialını formalaşdırdığı bir vasitədir.Bədii ədəbiyyatda dil fərqli funksiya daşıyır, bu fərq isə əsasən məqsəd və təyinatdan irəli gəlir.Bədii fikirdə söz daha çox estetik və emosional yük daşıyarkən, elmi və rəsmi dildə onlar konkretlik və dəqiqlik tələb edir.Yazıçılar qəlibləri sındırır, dilə yeni məna qatları əlavə edir, ona semantik məzmun yükləyə bilirlər.Bu qəliblər arasında dilin dekorativ vasitələri (metafora, metonimiya), fikrin təqdimatı vasitələri (analepsis, prolepsis), sintaktik vasitələr (sual cümlələri, paralelizm), sözün mənasını gücləndirən vasitələr (litota, təkrarlama), ritmik vasitələr (alliterasiya, assonans) və emosional təsvir vasitələri (ironiya, sarkazm, yumor, mübaliğə) yer alır.Nəzərə alaq ki, narratoloji çərçivədə mətn romantik, tragik, komik və ironik tərzdə nəql oluna bilər.Romantik mətn "ən yaxşı qayda qaydasızlıqdır" şüarı ilə emosional və idealist nüanslara üstünlük verirsə, tragik narrativdə mətnin sonunda personaj faciəvi final səhnəsi yaşamalıdır.Komik mətn isə yumoristik parametrlərin pozitiv və ifşa edici (tənqidi) istiqamətlərini təhkiyəyə çevirir.XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edən A.Frans yaradıcılığı komik narrativin ironik təqdimatı ilə zəngindir.Məqalədə kinayə anlayışı, gülüşün bədii mətndə yeri və funksiyası analiz edilir, A.Fransın yaradıcılığında kinayənin sosial qaynaqları araşdırılır.Yazıçının "Pinqvinlər adası" (1908) və "Tanrılar susamışlardı" (1912) romanlarında ironiya anlayışının sosial oriyentasiyası istinadlar vasitəsilə təqdim edilir. İroniyanın ekpressiv təsiri: gülüşün bədii mətnə nüfuzu və işlənmə mexanizmləriİroniya bədii üslubu mətnə nəqş edən və oxucunun elmi-intellektual təfəkkürünə ehtiyac duyan emosional təsvir vasitəsidir.Eyni zamanda mənanın şəffaf qatının subliminal ifadə tərzidir.İlk dəfə Platonun "Dövlət" əsərində elmi dövriyyəyə buraxılan kinayə sözü "yunancahissləri gizlətmək, örtmək" mənasında işlənmişdir (12, s.127).Platonun dialoqlarında Sokrat insanları həqiqətlə qarşı-qarşıya qoymaq üçün duyğularını gizlədərək, heç nədən xəbəri olmayan kimi sadəlövh və cahil görünməklə
Fields of Study & Subjects
French Literature and Criticism
French Literature and Poetry
French Literature and Critical Theory
Publication details
- Journal / source
- Civilization
- Publication date
- 12 March 2026
- Language
- AZ