AZƏRBAYCAN RESPUBLİKASINDA ƏHALİNİN SOSİAL MÜDAFİƏ SİSTEMİNİN FORMALAŞMASI

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı postsovet dövründə milli dövlət quruculuğunun hüquqi əsasını təşkil edən fundamental sənəd olmuşdur.Sənədin 11-ci maddəsində Azərbaycan xalqının demokratik idarəçilik modelinə və hüququn aliliyinə sadiqliyi bəyan olunmuş, 23-cü maddədə isə ölkədə iqtisadi fəaliyyətin əsas prinsipi kimi bazar münasibətləri və sahibkarlıq azadlığı təsbit edilmişdir.Bu normativ hüquqi akt, Azərbaycanın suverenliyinin bərpa olunmasından sonra ilk milli Konstitusiyanın hazırlanması üçün konseptual baza funksiyasını daşımışdır (4).Müstəqillik dövrünün ilk illəri mürəkkəb geosiyasi və sosial-iqtisadi şəraitdə keçmişdir.Ermənistanla hərbi münaqişə nəticəsində yaranmış Dağlıq Qarabağ problemi, genişmiqyaslı hərbi əməliyyatlar, nəticədə isə yüz minlərlə qaçqın və məcburi köçkün əhalinin formalaşması ölkədə kəskin sosial və iqtisadi böhrana səbəb olmuşdur.Müharibə əlilləri, veteranlar və digər sosial həssas əhali qruplarının mövcudluğu dövlətin sosial siyasətə aktiv müdaxiləsini zəruri etmişdir (1, s. 60).SSRİ-nin dağılması ilə mövcud olmuş mərkəzləşdirilmiş planlı iqtisadi model iflasa uğradığından, postsovet Azərbaycanında iqtisadi münasibətlərin yeni -liberal bazar mexanizmləri əsasında təşkili məqsədilə müvafiq hüquqi və institusional islahatların həyata keçirilməsi zərurəti meydana çıxmışdır.Halbuki sovet dövründə dövlətin sosial siyasəti çərçivəsində vətəndaşlara dövlət hesabına təhsil, tibbi xidmət və müxtəlif güzəştlər təqdim olunurdu.Yeni şəraitdə isə sosial müdafiə sistemi üçün müstəqil milli qanunvericilik bazası demək olar ki, yox idi.SSRİ qanunvericiliyinin hüquqi qüvvəsini itirməsi və müstəqil dövlətin normativ-hüquqi çərçivəsinin hələ tam formalaşmaması şəraitində sosial təminat sisteminin yenidən qurulması prosesi başlanmışdır (9, s. 164-165).Beləliklə, Azərbaycan Respublikasında sosial dövlət modelinin formalaşması prosesi müstəqillik dövrünün ilk mərhələsində prioritet istiqamətlərdən biri olmuşdur.Bu proses həm hüquqi-normativ bazanın təkmilləşdirilməsini, həm də sosial-iqtisadi institutların yenidən təşkilini nəzərdə tutan kompleks tədbirləri əhatə etmişdir.

Fields of Study & Subjects

Social Policy and Reform Studies Legal and Policy Issues Labor Law and Work Dynamics

Publication details

Journal / source
Civilization
Publication date
16 March 2026
Language
AZ