Abstract
Qafqaz Albaniyasında və yaxud Azərbaycan arxeologiyasında, xüsusilə də Xocalı-Gədəbəy arxeoloji abidələrinin və tarixinin öyrənilməsində mühüm məsələlərdən biri də onun tarixi-coğrafiyası olmuşdur.Bu baxımdan hamıya məlumdur ki, Xocalı-Gədəbəy mədəniyyət tarixinin və tarixi coğrafiyasının, eləcə də ayrılıqda qədim yaşayış düşərgəsi olan Gədəbəyin bizim eradan əvvəlki dövrün XIV əsri ilə orta əsrlərə qədər və İntibah dövrlərini əhatə edən abidələrin tədqiqi özünəməxsus yer tutur (4, s.19).Qeyd etdiyimiz kimi, Albaniyanın tarixi coğrafiyasında olduğu kimi, Xocalı-Gədəbəyin tarixi coğrafiyası və onun əyalətlərinin-vilayətlərinin ayrı-ayrılıqda sistemli şəkildə öyrənilməsi də günümüzün tələbləri səviyyəsində, arxeoloji tədqiqatçılar, araşdırıcılar və qazıntılar aparanların qarşısında duran əsas məsələlərdən biridir.Bu dövrlərin arxeoloji abidələrinin öyrənilməsi, onun araşdırılması da müasir dövrümüzün arxeoloqlarının öhdəsinə düşən əsas məsələlərdən biridir.Xocalı-Gədəbəy mədəniyyətində və tarixində ayrıca şəkildə Gədəbəy əyalətini götürsək, bu yaşayış məskənlərinin tarixi, tarixi coğrafiyası və istər açıq tipli, istər qapalı tipli, istər qazma tipli, istər mağara tipli, istərsə də oyma daşların, istər qayalar üzərindəki rəsmlərin, istər qalaların, qalaçaların, abidələrin, daş heykəllərin, heyvan və digər əşyaların təsvirlərinin, istərsə də yeraltı və yerüstü qəbir abidələrinin öyrənilməsini vurğulaya bilərəm (1, s.27).Sovet hakimiyyəti dövründə Gədəbəy rayonunun ərazisində arxeoloji tədqiqatların və qazıntıların yetərincə aparılmaması və yaxud bu qədim yaşayış düşərgələrinin bəzilərində aparılan tədqiqatlar və axtarışlar rusyönümlü arxeoloqların olmasının səbəbindən, bu yerlərdəki tapıntıların müəyyən hissəsini Azərbaycan adətindən, ənənəsindən və milli mənəvi dəyərlərimizdən kənar tutaraq mənimsənilmişdir desək, yanılmazdıq.Bu dediklərimiz arxeofaktları hal-hazırda da həmin yerlərdə görməyimizə baxmayaraq, həmin o tarixi arxeofaktlar Vətənimizin qonşuluğunda yaşayanların tarixi məkanı kimi qeyd olunur.Məsələn, İrəvan, Dərbəndin Dəmirqapı, Mahaçqala və Keşikçidağ kimi qədim yaşayış düşərgələrimizi göstərə bilərik (6, s.15). 1.