1990-CI İLLƏR TÜRKİYƏ TARİXŞÜNASLIĞINDA AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ TARİXİNİN ARAŞDIRILMASI

Read full text

Abstract

Xalqımızın həyatında xüsusi tarixi əhəmiyyətə malik olan 1918-1920-ci illər dövründə Azərbaycan dövlət suverenliyini qazanaraq dünya birliyində layiqli yer tutmağa çalışmışdı.Bu mərhələ Azərbaycan xalqının həyatında mühüm dövr olmaqla yanaşı, həmçinin onun istiqlalının bünövrəsini qoymuşdur.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti çətin tarixi-siyasi şəraitdə öz müstəqilliyini elan etdi və bu gün onun varisi olan Azərbaycan Respublikası tərəfindən davam etdirilən demokratik dövlətçilik tarixinin də əsasını qoydu.Beləliklə, Azərbaycan tarixində müstəsna yeri olan Azərbaycan Xalq Cümhuriyyəti tarixinin müxtəlif istiqamətlərinin araşdırılması qarşıda duran mühüm məsələlərdəndir.Bu da öz növbəsində tədqiqat mövzusunun həm yerli, həm də xarici tarixşünaslıqda araşdırılmasını tələb edir.Azərbaycan-Türkiyə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini nəzərə alsaq, Azərbaycan tarixşünaslığında kifayət qədər araşdırılan bu mövzunun Türkiyə tarixşünaslığında da araşdırılmasının getdikcə artdığını görmək olar.Tədqiqat mövzusunun əsasını XX əsrin 90-cı illərində türkiyəli tarixçilər tərəfindən yazılmış əsərlərdə olan məlumatların araşdırılması təşkil edir.

Fields of Study & Subjects

Soviet and Russian History Historical Turkish Studies Post-Soviet Geopolitical Dynamics

Publication details

Journal / source
Civilization
Publication date
16 March 2026
Language
AZ