ÇİNİN CƏNUBİ ASİYADA “İNCİ SAP” STRATEGİYASI VƏ DƏNİZ SİYASƏTİ

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

Açar sözlər: Çin, "inci sap" strategiyası, dəniz siyasəti, Hind okeanı, Malakka boğazı, Qvadar limanı, Cənubi Çin dənizi, enerji təhlükəsizliyi Giriş Çin qlobal güc olaraq meydana çıxdıqca, ABŞ kimi, o da dünyada öz nüfuzunu genişləndirir.Çinin dəniz imkanlarının və hərbi gücünün sürətlə inkişafı onun böyük dövlət statusunun klassik təzahürüdür.Çinin "Uzaq Dənizdən Müdafiə" (Far Seas Defense) adlı yeni dəniz strategiyası Pekinə əsas okean bölgələrində, o cümlədən Hind okeanında gücünü artırmaq məqsədi daşıyır (17).Qlobal super güc kimi formalaşmaq üçün dəniz hegemonluğu Çinə strateji üstünlük verir.O, Hind okeanındakı mühüm dəniz qurğularını əldə etməklə həm iqtisadi, həm də bölgədəki strateji mövcudluğunu gücləndirir.Çinin dəniz məkanına artan asılılığı, öz nüfuzunu genişləndirmək və nəticədə Hind okeanı bölgəsinin strateji mühitinə nəzarət etmək arzusunda əks olunur.Bununla belə, Hind okeanı bölgəsindəki bazalara artan ehtiyacına və coğrafi uzaqlıq səbəbindən qarşılaşdığı maddi-texniki (logistik) məhdudiyyətlərə görə Çinin zəifliyi qəbul edilir.Soyuq müharibənin bitməsindən və keçmişdəki iki sistem arasındakı ideoloji qarşıdurmadan sonra Asiya-Sakit okean bölgəsində böyük dəyişikliklər baş verdi.Çinin kompleks potensialının sürətlə böyüməsi və güclənməsi, beynəlxalq nüfuzunun kəskin şəkildə artması, Səma İmperiyasının tədricən ABŞ və Yaponiyanın potensial strateji rəqibi kimi qəbul edilməsinə səbəb oldu.Eyni zamanda, Çinin ABŞ-dan sonra dünyanın ikinci böyük iqtisadiyyatı olan bir dövlətə çevrilməsi onun xarici xammal təchizatından (xüsusilə karbohidrogenlər), avadanlıq, komponentlər və s.-dən asılılığını kəskin şəkildə artırdı.Fars körfəzi ölkələrindən Çin Xalq Respublikasına (ÇXR) idxal edilən neftin 80%-dən çoxunun təmin edildiyi əsas dəniz rabitələri Cənubi Çin dənizinin sularından və Malakka boğazından keçir.ÇXR-də istehsal olunan ixrac mallarının əhəmiyyətli bir hissəsi dünya bazarına eyni marşrutla çatdırılır.ABŞ Müdafiə Nazirliyinin 2004-cü il daxili hesabatında Cənubi Çin dənizindən neftlə zəngin Yaxın Şərqə qədər böyük dəniz zolaqları boyunca strateji bazaları əhatə edən "İnci Sapı" strategiyası (String of Pearls) termini meydana çıxmışdı.Bu strategiyanın ortaya çıxmasının səbəblərindən biri dünya bazarında Çin iqtisadiyyatının yüksək sürətlə inkişaf etməsidir.İmzalanmış sazişlər Çinin Yaxın Şərq ölkələrindən enerji resurslarının dəniz yolu ilə Çinə maneəsiz daşınmasına yönəlmiş "İnci Sapı" konsepsiya-⃰ doktorant, Bakı Avrasiya Universiteti

Fields of Study & Subjects

Maritime Security and History Belt and Road Initiative Global Maritime and Colonial Histories

Publication details

Journal / source
Civilization
Publication date
16 March 2026
Language
AZ