AZƏRBAYCAN-TÜRK XALQ SUFİZMİNİN YARANIB FORMALAŞMASINDA ŞAH İSMAYIL XƏTAİ POEZİYASININ ƏHƏMİYYƏTİ
Summary
No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.
Summarise with VIRAT Free to try with your Science Catalogs account.Abstract
Xalq dilinə, xalq bədii məfkurəsinə münasibət Şah İsmayıl Xətayi poeziyasının, ümumiyyətlə, Xətayi şəxsiyyətinin öndə gələn prioritetlərindən biri olmuşdur.Onun həyatı kimi yaradıcılığı da başdan-ayağa xalqa, millətə olan bağlılığıyla tarixə düşmüşdür.Bu bağlılığın ən bariz göstəricilərindən və nəticələrindən biri və bəlkə də birincisi onun heca vəznli şeirləridir.Heca vəznli şeir dedikdə, əlbəttə ki, ilk növbədə ozan-aşıq ədəbiyyatı düşünülməlidir.Lakin bundan əlavə şifahi xalq ədəbiyyatı örnəkləri olan folklor nümunələri, o cümlədən varsağılar, bayatılar və digər mənzum formalar da Xətayi poeziyasının maraqlı tərəflərindən biridir."Azərbaycan ədəbiyyatında Həsənoğlu (XIII əsrin əvvəlləri) ana dilində ilk şeiri yazmış, Qazi Bürhanəddin ana dilində ilk divan bağlamış, İmadəddin Nəsimi anadilli şeirimizi bədii-fəlsəfi yüksəkliyə qaldırmış, fəqət heca vəznində Yu nus Əmrədən sonra ilk klassik nümunələri öz yaradıcılığında klassik şeir ənənələrini və poetikasını xalq şeiri ilə uğurla sintez edən Şah İsmayıl Xətayi olmuşdur" (4, s. 276).Ancaq qeyd etmək istərdik ki, xalq şeiri üslubunda yazmaq təkcə poetik fərqlilik və ya özəllik deyil, həm də xəlqilik, yəni xalq psixologiyasını daşımaq, onu yönləndirə bilmək, ona aid ola bilməkdir.Xüsusilə də təsəvvüf fəlsəfəsini əks etdirən heca vəznli ədəbiyyat Şah İsmayıl Xətayinin timsalında tam mənası ilə türk xalq təsəvvüfünün varlığı demək idi.Xoca Əhməd Yəsəvidən başlayan bu təşəbbüs, yəni ürfani hikmətləri sadə xalqın anlayacağı dildə qələmə almaq missiyası Xətayi qələmində daha uca, daha uğurlu və daha məqsədyönlü şəkil aldı.Bunu da etiraf etmək lazımdır ki, o dövrün bədii dili ürfani və təsəvvüfi cazibənin tərkibində idi.Məcazi ünsürlərin, məsələn, zahiri gözəlliklərin rəmzlərə və simvollara çevrilməsi təkcə divan ədəbiyyatının bədii metodu deyildi.Yunus Əmrənin ağacdan hazırlanan su çarxına "dərdli dolab" deyərək onu aşiqin və eşqin gərdişi, dövranı, dönməsi kimi dərin mənalarla yükləməsi əsl ürfani hadisə, əsl təsəvvüf simvolikası idi. 1. Dastançılıq ənənələrində xalq sufizmi və Şah Xətayi poeziyası Ümumtürk dastançılıq ənənələrinin Azərbaycan formatının yaranması məhz Səfəviliklə və birbaşa Şah İsmayıl Xətayinin adı ilə bağlıdır.Çünki bu dastançılıq prinsipləri hər şeydən əvvəl qəhrəman və
Fields of Study & Subjects
Turkish Literature and Culture
Cultural and Sociopolitical Studies
Islamic Thought and Society Studies
Publication details
- Journal / source
- Civilization
- Publication date
- 16 March 2026
- Language
- AZ