YAPON DÖYÜŞ İNCƏSƏNƏTİNİN İDMAN MENECMENTİNƏ TƏSİRİ VƏ İNKİŞAFI

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

Yapon döyüş incəsənəti yalnız döyüş texnikalarından ibarət olmayıb, həm də fəlsəfi və etik dəyərlərlə zəngindir.Bu sistem əsrlər boyu inkişaf edərək müasir idman menecmentinə mühüm təsir göstərmişdir.Döyüş incəsənətinin idarəetmə strukturlarına, məşq proseslərinə və idman təşkilatlarının idarə olunmasına təsiri nəzərəçarpacaqdır.Bu məqalədə Yapon döyüş incəsənətinin idman menecmentinə təsiri və inkişaf perspektivləri araşdırılacaqdır.Yapon döyüş sənətləri təkcə fiziki bacarıqları inkişaf etdirmək üçün deyil, həm də idarəetmə və liderlik prinsiplərinin formalaşmasına təsir edən mühüm bir sahədir.Bu döyüş incəsənətləri intizam, strateji düşünmə və motivasiya kimi əsas idarəetmə elementlərini özündə cəmləşdirərək, idman menecmentinin inkişafına əhəmiyyətli təsir göstərir.Yapon döyüş incəsənətləri müxtəlif dövrlərdə yaranmış və fərqli məqsədlərə xidmət edən sistemlərdir.Bu incəsənətlər arasında Cüdo, Karate, Aykido, Kendo, Ninjutsu və digər döyüş növləri yer alır.Döyüş sənətləri yalnız fiziki dözümlülüyü artırmır, həm də qlobal səviyyədə idman menecmentində tətbiq edilən etik və strategiya prinsiplərini formalaşdırır.Əsas prinsiplərə aşağıdakılar daxildir:  Buşido kodeksi -Döyüş sənətlərinin fəlsəfi təməli olan bu kodeks, şərəf, intizam və özünüinkişaf kimi keyfiyyətlərə əsaslanır. İntizam və liderlik -Yapon döyüş incəsənəti liderlərin qərarvermə bacarıqlarını gücləndirir. Strategiya və çeviklik -Döyüş sənətlərində öyrənilən taktiki yanaşmalar, idman menecmentində çevik qərarlar verməyə kömək edir.İdman menecmenti sahəsində uğur qazanmaq üçün strukturlaşdırılmış yanaşma və düzgün strategiya vacibdir.Yapon döyüş incəsənətləri bu sahəyə müxtəlif aspektlərdə təsir göstərir: İdarəetmə sistemində nizam-intizamın tətbiqi -Döyüş sənətləri idman təşkilatlarının idarə edilməsində sistemli yanaşmanı dəstəkləyir.

Fields of Study & Subjects

Martial Arts: Techniques Psychology and Education Leadership and Management in Organizations Management and Organizational Practices

Publication details

Journal / source
Civilization
Publication date
16 March 2026
Language
AZ