NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ŞİRİN SU HÖVZƏLƏRİNDƏ YAYILMIŞ ÇANAQLI AMÖB (TESTASEA) NÖVLƏRİ
Abstract
XÜLASƏTədqiqatın məqsədi-Naxçıvan Muxtar Respublikasının şirin su hövzələrində yayılmış çanaqlı amöb (testacea) növlərinin növ tərkibini, bioloji və ekoloji xüsusiyyətlərini araşdırmaq, onların bölgə üzrə yayılmasını, ətraf mühit amillərinə münasibətini və sututarların üzvi çirklənmə dərəcəsinin (saprobluq) biotestləşdirilməsində rolunu müəyyənləşdirməkdir.Tədqiqatın metedologiyası -Tədqiqat zamanı çanaqlı amöb (testacea) növlərinin sayının müəyyənləşdirilməsi üçün V.V.Qurviç və Y.Y.Tsseb tərəfindən hazırlanmış metodikalardan istifadə olunmuşdur.Bundan əlavə, çanaqlı amöblərin sayının hesablanması üçün ABŞ istehsalı olan FlowCam densitometrindən də istifadə olunmuşdur.Çanaqlı amöblərin təsvirləri və mikroşəkilləri həm daimi, həm də müvəqqəti preparatlar əsasındainvivo müşahidələr, GXCAM rəqəmsal kamera və JOEL-6000 SEM cihazı vasitəsilə çəkilmişdir.Tədqiqatın tədbiqi əhəmiyyəti -Tədqiqatın nəticələri çanaqlı amöb (testacea) növlərinin göstərici xüsusiyyətlərinə və su obyektlərinin saprobluğuna dair materiallar bioindikasiya nəzəriyyəsinə kömək edir, təbii və tullantı sularının təsərrüfat və məişət ehtiyacları üçün qorunması, təmizlənməsi, sonrakı istifadəsi ilə bağlı məsələləri həll etməyə imkan verir.Tədqiqatın nəticələri-Çanaqlı amöblərin (testacea) perifiton formaları muxtar respublikanın müxtəlif su ekosistemlərində geniş yayılıb və həm biomüxtəliflik, həm də ekosistemlərin sağlamlığın göstəricisi kimi mühüm əhəmiyyətə malikdir.Onların morfoloji və ekoloji xüsusiyyətləri, həmçinin yayılma sahələri haqqında məlumatlar hidroekoloji monitorinq və bioindikasiya işlərində qiymətli mənbədir.Tədqiqatın elmi yeniliyi -İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının bəzi sututarları tədqiq edilərkən 2 sinif, 2 dəstə, 7 fəsilə və 8 cinsə aid 28 növ çanaqlı amöb (testacea) müəyyən edilmişdir.Tədqiq edilən su obyektlərinin saprobluk zonaları və saprobluğun mövsümi və illik dinamikası müəyyən edilmişdir.Açar sözlər:
Fields of Study & Subjects
Protist diversity and phylogeny
Aquatic Ecosystems and Phytoplankton Dynamics
Environmental Toxicology and Ecotoxicology
Publication details
- Journal / source
- ADAU-nun ELMİ ƏSƏRLƏRİ
- Publication date
- 16 February 2026
- Language
- AZ