KÜR-ARAZ OVALIĞINDA XIRDA BUYNUZLU HEYVANLARIN HELMİNTOZ TÖRƏDİCİLƏRİNİN YAYILMASINA ƏTRAF MÜHİTİN TƏSİRİ

Read full text

Abstract

Tədqiqatın məqsədi: Kür-Araz ovalığında xırda buynuzlu heyvanlardan bol və yüksək keyfiyyətli qida məhsulları almaq üçün onların inkişafına və məhsuldarlığına ciddi iqtisadıi ziyan vuran başlıca helmintoz törədicilərinin yayılmasına ətraf mühitin təsirinin öyrənilməsi.Tədqiqatın metodu: K.İ.Skryabinin tam olmayan helmintoloji yarma üsulu.Tədqiqatın nəticələri: Qoyunlarda 22 növ, keçilərdə isə 18 növ helmint aşkar edilmiş və yayılma dərəcəsinə görə təhlil edilmişdir.Məlum olmuşdur ki, başlıca helmintoz törədicilərinin yayılmasına ətraf mühit -biotik (heyvanların sıxlığı, aralıq və axırıncı sahiblərin ərazidə yayılması), abiotik (temperatur, işıq, rütubət, fəsil dəyişkənliyi) və antropogen amillər (fermer və şəxsi təsərrüfatların yaradılması, meşələrin qırılması, qanunsuz ətkəsimi məntəqələri, əkin sahələrinin genişləndirilməsi, bataqlıqların qurudulması) birbaşa təsir edərək xırda buynuzlu heyvanlara iqtisadi cəhətdən ciddi zərər vurur.Belə ki, helmintozlarla yoluxma heyvanın təkcə ətinin keyfiyyətinə deyil, həmçinin digər heyvandarlıq məhsullarının (ət, süd və yun) kəmiyyət və keyfiyyətinin aşağı düşməsinə səbəb olmuşdur.Tədqiqat işinin elmi yeniliyi: Helmintoz törədicilərinin yayılmasına təsir edən ətraf mühit amilləri ilk dəfə sistemli şəkildə öyrənilmiş və məlum olmuşdur ki, müxtəlif ekoloji zonalarda biotik, abiotik və antropogen amillər heyvanların helmintozlarla yoluxmasında mühüm rol oynayır.Aşkar edilmiş helmintlərin növ tərkibi, yayılma ocaqları müəyyən edilmiş, epidemioloji və epizootoloji əhəmiyyəti təhlil edilmişdir.Tədqiqatın praktiki əhəmiyyəti: Aparılmış tədqiqat işinin nəticələri heyvandarlıqda helmintozlara qarşı effektiv profilaktik tədbirlərin işlənməsinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və təsərrüfatlarda iqtisadi itkilərin azaldılmasına imkan yaradır.Həmçinin ətraf mühitin qorunması və otlaq sahələrinin düzgün idarə olunması üçün praktik tövsiyələr təqdim edir.Açar sözlər: qoyun,

Fields of Study & Subjects

Helminth infection and control Mollusks and Parasites Studies Parasite Biology and Host Interactions

Publication details

Journal / source
ADAU-nun ELMİ ƏSƏRLƏRİ
Publication date
16 February 2026
Language
AZ