ZƏNGİLAN, CƏBRAYIL VƏ FÜZULİ RAYONLAR ÜZRƏ QURAQLIĞIN TCİ İNDEKSİ VASİTƏSİLƏ XƏRİTƏLƏŞDİRİLMƏSİ VƏ DİNAMİK VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Abstract
Tədqiqatın məqsədi -tədqiqat ərazisinin quraqlıq vəziyyətini müxtəlif illərdə araşdırılması və baş verən dəyişikliklərin təyinindən ibarətdir.Tədqiqatın metodologiyası -Tədqiqatı yerinə yetirmək üçün ArcGİS proqram təminatı vasitəsilə müxtəlif illərin peyk təsvirlərindən istifadə edərək LST müəyyən edilmişdir və LST əsasən TCİ indeksi hesablanmışdır.Tədqiqatın tədbiqi əhəmiyyəti ondan ibarətdir ki, araşdırılan tədqiqat ərazisinin quraqlıq vəziyyətini nəzərə alaraq illər üzrə quraqlıın yüksələn yerlərində quraqlığın qabağını alınması tədbirlərin yerinə yetirilməsini uyğun təşkilatlar nəzərə alsınlar.Tədqiqatın nəticələri müxtəlif illərin peyk təsvirləri əsasında LST təyin etdikdən sonra quraqlıq vəziyyəti müəyyən olunmuşdur.Tədqiqat ArcGİS proqram təminatında yerinə yetirilmişdir.Əldə olunan nəticələrə əsasən müxtəlif illər intervalında baş vermiş dəyişikliklərini əks etdirən dinamik xəritələr yaradılmış və kəmiyyətcə qiymətləndirilmişdir. Əldə olunan nəticələrə əsasən demək olar ki, 1987-2004-cü illərdə quraqlıq olmayan sahələrin artımı, digər sahələrin azalması, 2004-2013-cü illərdə quraqlıq olmayan sahələrin azalması, digər sahələrin artması, 2013-2023-cü illərdə maksimal olaraq hədsiz quraqlıq sahələrin artması, digər sahələrin azalması müəyyən edilmişdir.Beləliklə müqaisəyə əsasən iqlim cəhətdən quraqlığın yüksək olan 2013-2023-cü illərdə, az olan interval isə 1987-2004-cü illərdə müəyyən edilmişdir.Tədqiqat ərazisinin 1987, 2004, 2013 və 2023-cü illərin TCİ indeksi üzrə dinamikasını əks etdirən diaqrammada əks olunan TCİ indeksin % göstəricilərinə əsasən demək olar ki, ən quraqlıq ili 2023-cü il, ən yaş isə 2004-cü ildir.Tədqiqatın elmi yeniliyi.
Fields of Study & Subjects
Hydrology and Drought Analysis
Geography and Environmental Studies
Soil Moisture and Remote Sensing
Publication details
- Journal / source
- ADAU-nun ELMİ ƏSƏRLƏRİ
- Publication date
- 16 February 2026
- Language
- AZ