ÜZÜM SORTLARINDA UNLU ŞEH XƏSTƏLİYİNƏ ONTOGENETİK DAVAMLILIĞIN İNKİŞAF MƏRHƏLƏLƏRİ ÜZRƏ QİYMƏTLƏNDİRİLMƏSİ
Abstract
Tədqiqatın məqsədi.Üzüm salxımlarında Erysiphe necator tərəfindən törədilən unlu şeh xəstəliyinin fərqli BBCH fenoloji mərhələlərində şiddət dinamikasını qiymətləndirmək və üzüm gilələrinin ontogenetik davamlılığı arasındakı əlaqəni müəyyənləşdirmək Tədqiqatın metedologiyası.Unlu şeh xəstəliyinə davamlılıq təbii sirayətlənmə fonunda qiymətləndirilmiş, müşahidələr BBCH 53-89 fenoloji mərhələlərində həyata keçirilmişdir.Salxımlarda xəstəliyin şiddəti Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutu tərəfindən təklif edilmiş qiymətləndirmə şkalası əsasında müəyyən edilmiş və Townsend-Heuberger düsturu ilə hesablanmışdır.Tədqiqatın tədbiqi əhəmiyyəti.Tədqiqatın nəticələri üzüm bağlarında unlu şeh xəstəliyinə qarşı mübarizə strategiyalarının optimallaşdırılmasına, fungisid tətbiqi zamanlamasının fenoloji mərhələlərə uyğunlaşdırılmasına və kimyəvi yükün azaldılmasına imkan verir.Tədqiqatın nəticələri.Araşdırma göstərmişdir ki, üzüm sortlarının unlu şeh xəstəliyinə qarşı davamlılığı həm fenoloji inkişaf mərhələlərindən, həm də sortun genetik xüsusiyyətlərindən asılı olaraq dəyişir.Tez və orta tez yetişən sortlarda xəstəliyin şiddəti nisbətən aşağı, orta gec və gec yetişən sortlarda isə daha yüksək olmuşdur.Orta tez yetişən sortların xəstəliyə qarşı tez yetişən sortlardan daha davamlı olması davamlılığın yalnız ontogenetik amillərlə məhdudlaşmadığını nümayiş etdirmişdir.Tədqiqatın elmi yeniliyi.Tədqiqat nəticəsində ilk dəfə olaraq yerli üzüm sortlarında unlu şeh xəstəliyinə qarşı ontogenetik davamlılıqla yetişmə vaxtı arasındakı qarşılıqlı əlaqə qiymətləndirilmişdir. Açar sözlər: unlu şeh, Erysiphe necator, üzüm sortları, ontogenetik davamlılıq, BBCH inkişaf mərhələləri Giriş.Dünyanın iqtisadi baxımdan ən əhəmiyyətli bitkilərindən biri olan üzüm bitkisinin Vitis vinifera ssp.vinifera yarımnövü, təxminən 8 min il əvvəl onun yabanı əcdadı sayılan V. vinifera ssp.sylvestris yarımnövündən mədənələşdirdiyi dövrdən etibarən qida və şərab mənbəyinə çevrilmişdir (Zhou, 2017).Unlu şeh xəstəliyinin törədicisi Erysiphe necator 1850ci illərdə Şimali Amerikadan Vitis vinifera növünün mənşə bölgələrinə gətirilmişdir.Bu növ təkamül ərzində patogenlə təmasda olmadığı üçün davamlılıq mexanizmləri formalaşmamış və nəticədə xəstəliyə qarşı həssaslıq nümayiş etdirmişdir (Qiu, 2015).Unlu şeh göbələk növləri askomisetdir.Bu növlər Erysiphaceae fəsiləsini təşkil edir ki, bu da müvafiq sıra daxilində yeganə fəsilə hesab olunur.Unlu şeh xəstəliyinin törədiciləri olan bu göbələklər, bitkilərdə tez-tez rast gəlinən və asanlıqla təyin olunan xəstəlik hesab olunur.Onlar taxıl bitkiləri, üzüm, bir çox meyvə və tərəvəz bitkiləri, həmçinin dekorativ bitkilər daxil olmaqla geniş bitki spektrində oxşar morfoloji simptomlarla xarakterizə olunan xəstəliklər törədirlər.Unlu şeh törədiciləri obligat biotrof parazitlərdir; buna görə də bu göbələklər bitki hüceyrələrinin birbaşa ölümünə səbəb olmurlar, çünki qida maddələrini əldə etmək və həyat dövrlərini tamamlamaq üçün canlı hüceyrələrə ehtiyac duyurlar (Vielba-Fernandez, 2020).Üzüm bitkisində bu xəstəliyin törədicis olan Erysiphe necator yarpaqlarında CO₂-nin yarpaq mezofilinə diffuziyasını məhdudlaşdırmaqla fotosintez prosesinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir.Sirayətlənmiş bitkilərin yarpaqlarında, xüsusilə sirayətlənmiş hissələrə yaxın toxumalarda fotosintetik piqmentlərin miqdarı nəzərəçarpacaq dərəcədə azalır.Bununla belə, unlu şeh xəstəliyinin fotosintetik potensiala və yarpaq qaz mübadiləsi göstəricilərinə təsiri davamlı və orta dərəcədə davamlı üzüm genotiplərində hələ də kifayət qədər ətraflı tədqiq edilməmişdir.Xəstəliyə qarşı reaksiyaların biokimyəvi mexanizmləri baxımından məlumdur
Fields of Study & Subjects
Powdery Mildew Fungal Diseases
Horticultural and Viticultural Research
Plant Disease Resistance and Genetics
Publication details
- Journal / source
- ADAU-nun ELMİ ƏSƏRLƏRİ
- Publication date
- 16 February 2026
- Language
- AZ