MİL–MUĞAN DÜZƏNLİYİNDƏ XAM VƏ PAMBİQALTI ÇƏMƏN-BOZ TORPAQLARIN STRUKTUR, KARBONATLAŞMA VƏ QRANULOMETRİK TƏRKİB DƏYİŞKƏNLİYİNİN MÜQAYİSƏLİ TƏHLİLİ
Abstract
Tədqiqatın məqsədi -Tədqiqat Mil-Muğan düzənliyinin suvarılan çəmən-boz torpaqlarında antropogen təsirin torpaq profilinə göstərdiyi dəyişikliklərin müqayisəli təhlilinə həsr olunmuşdur.Tədqiqatın metodologiyası -Tədqiqat çöl morfoloji müşahidələri və laborator təhlillərin birgə tətbiqi əsasında aparılmışdır.Torpaq nümunələri iki kəsimin bütün genetik horizontlarından götürülmüşdür.Qazometrik üsulla CO₂, titrləmə ilə CaCO₃ miqdarı, pipet metodu ilə fraksiya nisbətləri müəyyən edilmişdir.Statistik qiymətləndirmə və profil üzrə müqayisələr nəticələrin izahı üçün əsas analitik yanaşma olmuşdur.Tədqiqatın tətbiqi əhəmiyyəti -Araşdırmanın nəticələri suvarma altında istismar olunan torpaqlarda karbonatlaşma proseslərinin aqroekoloji nəticələrinin qiymətləndirilməsi və meliorativ tədbirlərin planlaşdırılması üçün əhəmiyyətlidir.Müəyyən edilmiş göstəricilər intensiv pambıq becərilən sahələrdə torpaq münbitliyinin qorunması və struktur sabitliyinin bərpası üçün praktik tövsiyələrin verilməsinə imkan yaradır.Tədqiqatın nəticələri -Müəyyən edilmişdir ki, SR-3 nömrəli pambıqaltı torpaqlarda karbonatların yuxarı horizontlara doğru miqrasiyası güclənmiş, gilliliyin artması və strukturun xırdalanması nəticəsində su-fiziki xüsusiyyətlər pisləşmişdir.SR-2 nömrəli xam torpaqda isə karbonatların çökmə dərinliyi daha stabildir, lakin şoranlaşma əlamətləri (ağ karbonat ləkələri, duz konkresiyaları) daha intensivdir.Qranulometrik tərkibdə toz-gil fraksiyalarının fərqli paylanması antropogen təsirin torpaqəmələgəlmə prosesinə birbaşa təsirini sübut edir.Tədqiqatın elmi yeniliyi -Bu tədqiqat çəmən-boz torpaqlarda xam və pambıqaltı profilin müqayisəli karbonatlaşma modelini Mil-Muğan düzənliyi miqyasında sistemli şəkildə təqdim edir.Karbonat maksimumunun dərinliyi ilə torpağın antropogen yüklənmə səviyyəsi arasında diaqnostik asılılıq elmi əsaslarla müəyyən edilmişdir.
Fields of Study & Subjects
Soil Management and Crop Yield
Soil and Environmental Studies
Soil Science and Environmental Management
Publication details
- Journal / source
- ADAU-nun ELMİ ƏSƏRLƏRİ
- Publication date
- 16 February 2026
- Language
- AZ