HESABLAMA SİSTEMLƏRİNİN ƏSAS MODELLƏRİNİN TƏHLİLİ
Abstract
Tədqiqatın məqsədi -müəssisənin informasiya sisteminin layihələndirilməsi üçün optimal modelin qurulması və onun əsas parametrlərinin müəyyənləşdirilməsidir.Riyazi modelləşdirmə müxtəlif sahələrdə mürəkkəb obyektlərin, sistemlərin və proseslərin öyrənilməsi üçün güclü və effektiv vasitədir.Tədqiqatın metedologiyası.Tədqiq olunan sistemlərin struktur və funksional təşkilini əks etdirən riyazi modellərdən geniş istifadə olunur.Bu modellər analitik və statistik metodlardan istifadə etməklə təhlil oluna bilən kütləvi xidmət nəzəriyyəsi modellərinə əsaslanır.Analitik metodlar kimi kütləvi xidmət nəzəriyyəsinin ehtimal metodlarından və təsadüfi proseslər nəzəriyyəsindən, statistik metodlar kimi isə imitasiya modelləşdirmə üsullarından istifadə edilir.Tədqiqatın tədbiqi əhəmiyyəti -müəssisə və təşkilatların korporativ informasiya sistemlərinin qurulmasında metodologiya kimi istifadə oluna bilər.Tədqiqatın nəticələri.Sərhədsiz yaddaş tutumuna malik modelə üstünlük verilir, çünki o, müxtəlif sorğulara xidmət intizamı və müxtəlif siniflər üçün sorğunun işlənməsi müddətlərinin ixtiyari paylanması altında sistemin məhsuldarlıq xüsusiyyətlərinin analitik hesablanmasına imkan verir.Tədqiqatın elmi yeniliyi -hesablama sisteminin məhsuldarlıq göstəricilərinin dəyərlərini müəyyən eddilməsi, onun optimal strukturunu əsaslandırması və tədqiq olunan variantları təkmilləşdirmək üçün tövsiyələr formalaşdırılmasıdır.Açar sözlər: hesablama sistemi, riyazi modelləşdirmə,
Fields of Study & Subjects
Advanced Queuing Theory Analysis
Simulation Techniques and Applications
Decision Support System Applications
Publication details
- Journal / source
- ADAU-nun ELMİ ƏSƏRLƏRİ
- Publication date
- 16 February 2026
- Language
- AZ