MÜASİR BİZNES MÜHİTINDƏ RƏQƏMSAL MARKETİNQİN İNKİŞAFINI ŞƏRTLƏNDİRƏN AMİLLƏR
Abstract
Tədqiqatın məqsədi -rəqamsal marketinqin müasir biznes mühitində mövcud rolunu tədqiq etməkdir.Tədqiqatda şərh olunmuş müddəalardan respublikamızda yeni formalaşan rəqəmsal iqtisadiyyat sferasında fəaliyyətə qoşulan biznes subyektləri nəzərə alına bilər.Tədqiqatın metodologiyası -Tədqiqat prosesində analiz və sintez, sistemli yanaşma, statistik məlumatların təhlili metodlarından istifadə edilmişdir.Eyni zamanda, yerli və xarici elmi mənbələr, beynəlxalq hesabatlar və statistik məlumatlar araşdırılaraq rəqəmsal marketinqin müasir biznes mühitinə təsiri qiymətləndirilmişdir. Tədqiqatın tədbiqi əhəmiyyəti -Sosial media və internetin biznes mühitini əhatə etdiyi müasir dövürdə rəqəmsal marketinqin tətbiqi hər bir şirkət və iqtisadi subyek üçün mühüm üstünlüklər vəd edir.2020-ci ilin məlumatlarına görə (World Stats, 2020) dünyada 4 milyarddan artıq aktiv internet istifadəçisinin olması rəqəmsal dünyanın günü-gündən böyüyüb, inkişaf etməsinə təkan verir.Tədqiqatın nəticələri -İnkişaf edən rəqəmsal dünyada istifadəçilərin davranışları dəyişir.Təsadüfi deyil ki, artıq dünya üzrə ümumi ticarət əməliyyatlarında elektron ticarətin xüsusi çəkisi 50% -dən artıq paya sahibdir.Bu isə ticarət əməliyatlarında istifadə olunan ənənəvi iqtisadi vasitələrin tədricən rəqəmsal alətlərlə əvəz olunmasına gətirib çıxarır.Tədqiqatımızda rəqamsal marketinqin təsir imknaları və inkişafını şərtləndirən amillər məhz bu aspektdə qiymətləndirilmişdir. Tədqiqatın elmi yeniliyi -Tədqiqat işində rəqəmsal marketinqin müasir biznes mühitində rolu sistemli şəkildə təhlil edilmiş, onun ölkənin beynəlxalq rəqabət qabiliyyətinə təsir edən əsas amillərdən biri olduğu əsaslandırılmışdır.Açar sözlər: internet, rəqəmsal marketinq,
Fields of Study & Subjects
Digital Marketing and Social Media
Marketing and Advertising Strategies
SMEs Development and Digital Marketing
Publication details
- Journal / source
- ADAU-nun ELMİ ƏSƏRLƏRİ
- Publication date
- 16 February 2026
- Language
- AZ