AQRAR İSTEHSALIN ŞAXƏLƏNDİRİLMƏSİNİN İQTİSADİ ƏSASLANDIRILMASI
Abstract
Tədqiqatın məqsədi.Araşdırmanın məqsədi kənd təsərrüfatında istehsal sahələrinin şaxələndirilməsinin, şaxələndirilmədə iqtisadi səmərəliliyin təmin edilməsi yollarının müəyyənləşdirilməsindən və bu prosesə təsir edən amillərin əsaslandırılmasından ibarətdir.Tədqiqatın metodologiyası.Tədqiqat zamanı müqayisəli təhlil, sistemləşdirmə və qruplaşdırma metodlarından istifadə olunmuşdur.Tədqiqatın tətbiqi əhəmiyyəti.Araşdırma aqrar istehsalın şaxələndirilməsi ilə alternativ istehsal sahələrinin müəyyən edilməsi və onların inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından praktiki əhəmiyyət daşıyır.Aqrar istehsalın şaxələndirilməsinin iqtisadi əsaslandırılması üzrə əldə olunan nəticələr, həmçinin aqrobiznes subyektlərinin fəaliyyətində praktik əhəmiyyət kəsb edir.Tədqiqat çərçivəsində formalaşdırılan yanaşmalar aqrar istehsal strukturunun təsərrüfatın resurs potensialı, ixtisaslaşma səviyyəsi və bazar tələbləri nəzərə alınmaqla optimallaşdırılmasına imkan verir.Tədqiqatın nəticələri.Tədqiqatın nəticələrindən daha səmərəli istehsal sahələrinin aşkara çıxarılmasında, müxtəlif amillərin təsirini nəzərə almaqla şaxələndirmə tədbirlərinin səmərəliliyinin əsaslandırılmasında istifadə edilə bilər.Tədqiqatın elmi yeniliyi.Kənd təsərrüfatında daha səmərəli alternativ sahələrin müəyyənləşdirilməsi, risklərlə isthsalın şaxələndirilməsi prosesi arasındakı əlaqənin tənzimlənməsi və bazarın tələbləri nəzərə alınmaqla istehsalın şaxələndirilməsi prosesinin iqtisadi əsaslandırlması istiqamətində əldə edilmiş nəticələr elmi yeniliklər kimi dəyərləndirilə bilər.Elmi yeniliklər, həmçinin aqrar istehsalın şaxələndirilməsinə iqtisadi yanaşmanın sistemli şəkildə işlənib hazırlanmasında və bu prosesin səmərəliliyinin kompleks qiymətləndirilməsində ifadə olunur.Açar sözlər: şaxələndirmə, səmərə,
Fields of Study & Subjects
Agricultural Development and Policies
Agricultural economics and policies
Agriculture and Agroindustry Studies
Publication details
- Journal / source
- ADAU-nun ELMİ ƏSƏRLƏRİ
- Publication date
- 16 February 2026
- Language
- AZ