İXRAC İQTİSADİ ARTIMIN TƏKANVERİCİ QÜVVƏSİ KİMİ
Abstract
Tədqiqatın məqsədi-ixracın iqtisadi artımdakı rolunu analiz etmək, onun müsbət tərəflərini müəyyən etmək və ixraca təsir edə biləcək mümkün maneələri araşdırmaqla Azərbaycan nümunəsi üçün təkliflər vermək.Tədqiqatın metodologiyası -müqayisəli təhlil və məntiqi ümumiləşdirmə kimi tədqiqat üsulları əsasında yerinə yetirilmişdir.İqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsində ixracın rolu tədqiq olunmuşdur.Müxtəlif ölkələrin ixrac göstəricilərinin ümumi daxili məhsula nisbətinin müqayisəsi ilə yanaşı Azərbaycan iqtisadiyyatında ixracın rolu, son illərin statistik göstəricilərinin təhlili və xidmət ixracının üstünlükləri də araşdırılmışdır.Tədqiqatın tədbiqi əhəmiyyəti -Azərbaycan iqtisadiyyatının inkişafı sahəsində ixracın şaxələndirilməsi üzrə təkliflərin verilməsidir.Tədqiqatın nəticələri -xarici investisiyaların təşviqi, məhkəmə hüquq sistemi üzrə reformların keçirilməsi, qeyri-neft və qaz sahələri üzrə məhsul istehsalı və xidmətləri ilə məşğul olan sahibkarlara dəstək verilməsi tövsiyə olunur.Tədqiqatın elmi yeniliyi -ixracın formalaşmasına təsir edən amillər məhsul və xidmət ixracı kontekstində təhlil olunur və ənənəvi mal ixracı yanaşmasından fərqli olaraq təhsil, turizm və rəqəmsal xidmətlər kimi müasir ixrac istiqamətlərinə ayrıca yer verilir.Eyni zamanda, qlobal tələb dəyişiklikləri və ticarət məhdudiyyətlərinin ixraca təsiri vahid analitik çərçivədə qiymətləndirilərək, bu amillərin ixracın şaxələndirilməsi ilə qarşılıqlı əlaqəsi sistemli şəkildə ortaya qoyulur.Açar sözlər -ixrac, iqtisadiyyat, iqtisadi artım, rəqabət qabiliyyəti GirişCəmiyyətin ilkin formalarında iqtisadiyyat və ya ixrac anlayışları olmasa da, insanların bir-biri ilə malları dəyişməsi (barter etməsi) artıq ticarətin və həmçinin ixracın ilkin versiyaları hesab edilir.Bir fərddə və ya qrupda mövcud olan və digər fərddə və ya qrupda çatışmayan malların qarşılıqlı dəyişilməsi eyni məntiqin davamı olaraq müqayisəli üstünlük nəzəriyyəsini də meydana çıxardı.Əgər bir ölkə hansısa məhsulun istehsalında, və ya xidmətlərin göstərilməsində digər ölkəyə nisbətən müqayisə oluna biləcək üstünlüklərə malikdirsə, o zaman hər iki ölkə üçün üstün olduğu sahəyə aid mal və məhsulların qarşılıqlı idxal-ixracı zərurətə çevrilir.Bəs ixrac ümumi iqtisadiyyata necə təsir göstərir, üstünlükləri nələrdir və ixrac üçün hansı maneələr ola bilər?Klassik dövrdən günümüzə qədər ixrac mövzusu iqtisadiyyatda ən geniş və ən çox analiz edilən sahələrdən biri olmuşdur.İxrac ümumi iqtisadiyyata tövhə verdiyi qədər onunla bağlı olan sahələrin araşdırılması, digər sahələrlə qarşılıqlı əlaqəsi də daim araşdırma mövzuları olmuşdur.İqtisadiyyata təsir edən faktorlar təkcə ixrac ilə məhdudlaşmır.İxrac bu faktorlardan biri olsa da, xüsusən ÜDM-ə təsir edən əsas faktorlar istehlak, investisiyalar, dövlət xərcləri və ixrac ilə idxal arasındakı fərqdir.Müasir dövrümüzdə qlobal tələbdəki yüksəlişlər, müxtəlif regionlardakı mürəkkəb geosiyasi vəziyyət, altetnativ enerji mənbələrinin yaranması ticarətə və iqtisadi artıma təsir göstərdiyi kimi ixrac mövzusunun aktuallığını da artırmışdır. Material və metodlarKlassik ticarət nəzəriyyəsinin davamçılarını birləşdirən əsas fikir ondan ibarətdir ki, ixrac ölkələrin iqtisadi rifahını artıran təbii və vacib bir prosesdir.Çünki o, iqtisadiyyatın öz müqayisəli üstünlüklərinə uyğun ixtisaslaşmasını təmin edir
Fields of Study & Subjects
Global trade and economics
Economic and Technological Innovation
Global Trade and Competitiveness
Publication details
- Journal / source
- ADAU-nun ELMİ ƏSƏRLƏRİ
- Publication date
- 16 February 2026
- Language
- AZ