KREDİT RESURSLARININ CƏLBEDİCİLİYİNİN VƏ ƏLÇATANLIĞININ TƏMİN EDİLMƏSİ İSTİQAMƏTLƏRİ

Read full text

Abstract

XÜLASƏTədqiqatın məqsədi.Kredit resurslarının cəlbediciliyinin və əlçatanlığının təmin edilməsi ilə bağlı mövcud problemləri araşdırmaqla bu istiqamətdə təkmilləşdirmə istiqamətlərinin müəyyən edilməsi tədqiqatın əsas məqsədi olaraq müəyyən edilmişdir.Tədqiqatın metodologiyası.Tədqiqat zamanı müqayisəli təhlil, sistemləşdirmə və qruplaşdırma metodlarından istifadə edilmişdir.Tədqiqatın tətbiqi əhəmiyyəti.Bankların malik olduğu kredit resurslarına əlçatanlığın təmin edilməsi hazırda ən aktual məsələlərdən hesab edilir.Bu baxımdan kredit resurslarının cəlbediciliyini təmin etmək üçün görülən tədbirlər həm bankların fəaliyyətinin səmərəliliyində, həm də iqtisadi fəaliyyət sahələrinin inkişafında əhəmiyyətli rola malikdir.Tədqiqatın nəticələri.Tədqiqatın nəticələrindən kredit resurslarının cəlbediciliyinin və əlçatanlığının təmin edilməsi tədbirlərinin müəyyənləşdirilməsi ilə yanaşı banklar və iqtisadiyyatın sahələri arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsində istifadə edilə bilər.Tədqiqatın elmi yeniliyi.Kredit resurslarının cəlbediciliyinin yaxşılaşdırılması və əlçatanlığının təmin edilməsi bank siyasətinin əsas hədəflərindən olduğundan bu sahədə banklarla iqtisadi fəaliyyət sahələri arasındakı inteqrasiyanın təmin edilməsi xüsusi aktuallıq kəsb edir.Bank resurslarının həcmi və keyfiyyətini, kreditlərin maliyyələşmə mənbələrini, investisiya qoyuluşunda yüksək riskləri qiymətləndirməklə bu istiqamətdə təkmilləşdirmə tədbirləri -güzəştli kreditlər, aşağı faizlə və ya faizsiz kreditlər, kredit zəmanətləri kimi borc maliyyə alətlərindən istifadə imkanlarının əsaslandırılması araşdırmanın elmi yeniliklərini ehtiva edir.

Fields of Study & Subjects

Banking stability regulation efficiency Banking Sector Performance and Management Banking Systems and Strategies

Publication details

Journal / source
ADAU-nun ELMİ ƏSƏRLƏRİ
Publication date
16 February 2026
Language
AZ