QURAQLIQ STRESSİNƏ QARŞI BUĞDA GENOTİPLƏRİNİN MORFOFİZİOLOJİ VƏ MƏHSULDARLIQ XÜSUSİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Read full text

Abstract

XÜLASƏTədqiqatın məqsədi -Tədqiqatın əsas məqsədi beynəlxalq seleksiya mərkəzlərindən introduksiya olunmuş və yerli şəraitə uyğunlaşmış, yetişmə müddətinə görə fərqlənən bərk və yumşaq buğda genotiplərinin quraqlıq stressindən təsirlənən morfofizioloji və aqronomik göstəricilərinin dəyişmə dinamikasını müəyyən etmək və məhsuldarlıq göstəriciləri ilə əlaqələndirməkdir.Tədqiqatın metedologiyası -Tədqiqat Abşeron təcrübə bazasında və ölkənin digər torpaq-iqlim şəraitinə malik ərazilərdə aparılmışdır.Hər bir genotip üçün 5-10 m² əkin sahəsi, 3 təkrarda sınaq qoyulmuşdur.Tədqiqat zamanı əsas morfofizioloji parametrlər, assimilyasiya səthi sahəsi, quru biokütlə, xlorofil miqdarı SPAD cihazı vasitəsilə ölçülmüş, bitki örtüyünün temperaturu infraqırmızı termometr ilə təyin edilmişdir.Tədqiqatın tədbiqi əhəmiyyəti -Tədqiqat nəticələri quraqlığa davamlı və yüksək məhsuldarlıqlı buğda genotiplərinin seleksiyası və ölkənin müxtəlif torpaq-iqlim şəraitinə uyğun yüksək məhsuldarlıqlı sortların yaradılması üçün əhəmiyyətli töhfə verir.Eyni zamanda kənd təsərrüfatında taxıl istehsalının intensivləşdirilməsi və qabaqlayıcı aqrotexniki tədbirlərin işlənməsi üçün əsas kimi istifadə oluna bilər.Tədqiqatın nəticələri -Su stressi şəraitində əsas fizioloji parametrlər və məhsuldarlıq göstəriciləri müqayisə edilmişdir.Vegetasiyanın çiçəkləmə fazasından sonra fotosintez sürətində sürətli azalma müşahidə olunmuş, bu isə yarpaqların ağızcıqlarının keçiriciliyi və karbon qazının assimilyasiyasının azalması nəticəsində mövcud assimiliyatların dən məhsuluna daşınmasını məhdudlaşdırmışdır.Tədqiqatlara əsasən, bərk və yumşaq buğda genotiplərində su stresi nəticəsində dən məhsuldarlığı və 1000 dənin çəkisi orta hesabla 30-35% azalmışdır.Stressə davamlılıq indeksi (SDI) genotiplərin məhsuldarlıq potensialından asılı olmayaraq həssas və tolerant sortların qiymətləndirilməsinə imkan vermişdir.Tədqiqatın elmi yeniliyi -Öyrənilən buğda genotiplərində fizioloji və məhsuldarlıq göstəriciləri arasındakı korrelyasiya əlaqəsi müəyyən edilmişdir.Nəticələr göstərir ki, sortlar arasında əsas fərqlilik 1 m²-dəki sünbül və hər sünbüldəki dən sayında müşahidə olunmuşdur.Bu, quraqlığa davamlı genotiplərin müəyyənləşdirilməsi və seleksiya işlərinin təkmilləşdirilməsi üçün elmi əsas yaradır.Açar sözlər: buğda,

Fields of Study & Subjects

Genetics and Plant Breeding Agricultural Productivity and Crop Improvement Plant Stress Responses and Tolerance

Publication details

Journal / source
ADAU-nun ELMİ ƏSƏRLƏRİ
Publication date
16 February 2026
Language
AZ