Dini inanclarvəpsixi sağlamlıq: psixologiya elminin prizmasından baxış

Read full text
Cited by: 0

Abstract

XülasəMəqalədə dini inancın psixoloji aspektləri müasir elmi metodlar və nəzəri modellər çərçivəsində sistemli şəkildə təhlil olunur.Din şəxsin fərdi daxili resurslarının səfərbər edilməsində, mənəvi gücünün artırılmasında və sosial qeyri-sabitlik şəraitində insan zehninin sağlamlığının qorunmasında mühüm rol oynayır.Araşdırmada dinin bu istiqamətdə rolu geniş müzakirə edilir, həmçinin inancların idraki, emosional və davranış komponentləri klassik, humanist və koqnitiv psixologiyanın nəzəri yanaşmaları əsasında izah olunur.Bu kontekstdə daxili və xarici motivasiya modellərinə əsaslanaraq, dini inancların psixoloji rifaha təsirinin müsbət, eləcə də riskli tərəfləri müəyyənləşdirilir.Müasir empirik araşdırmalar göstərir ki, dini ayinlər yalnız fərdi rifahı deyil, həm də kollektiv kimliyi, sosial inteqrasiyanı və emosional sabitliyi gücləndirir.Pozitiv psixologiya nümayəndələrinin nəticələrinə görə, dindar şəxslər digərlərinə nisbətən həyatlarından çox məmnun olur, emosiyalarını daha effektiv tənzimləyirlər.Humanist psixologiya dini inancı insanın özünüdərketmə və həyatın mənasını anlamaq ehtiyacının ifadəsi kimi qəbul edir, ekzistensial yanaşmalar isə onu böhran vəziyyətlərində psixoloji dayaq kimi şərh edir.Bu baxımdan, dini inancın fərdi sabitliyi qorumaq, sosial münasibətləri möhkəmləndirmək funksiyası önə çıxır.Bununla belə

Fields of Study & Subjects

Islamic Thought and Society Studies Problem Solving Skills Development Educational Leadership and Administration

Publication details

Journal / source
Din Araşdırmaları Jurnalı
Publication date
8 January 2026