Təsəvvüf qadınları: Rabiyə əl-Ədəviyyənin məhəbbət mistikası
Abstract
Xülasəİlkin dövr sufi düşüncəsində diqqətçəkən önəmli simalardan biri Rabiyə əl-Ədəviyyə (718-801) və onun "ilahi eşq doktrinası" adlandırılan mənəvi yanaşmasıdır.Bu yarıəfsanəvi qadın sufi haqqında birbaşa özünə aid yazılı mənbələr mövcud olmasa da, sonrakı dövrlərə aid müəlliflərin rəvayətləri, bioqrafik mətnləri və xalq arasında dolaşan əfsanələr əsasında onun şəxsiyyəti və dini-fəlsəfi baxışları haqqında müəyyən təsəvvür formalaşdırmaq mümkündür.Rabiyə əl-Ədəviyyənin yaşadığı dövr İslam hüququnun -şəriətinformalaşıb möhkəmləndiyi bir mərhələdir.Bu dövrdə şəriət yalnız dini həyatın deyil, eyni zamanda, hüquq, siyasət və cəmiyyətin idarə olunmasının əsas qanunverici çərçivəsini təşkil edirdi.Şəriətin qadınlara verdiyi hüquq və vəzifələr isə onların ailə və cəmiyyətdəki mövqelərinin möhkəmlənməsində mühüm rol oynamışdır.Bu məqalədə Rabiyə əl-Ədəviyyənin sufizm tarixindəki rolu onun "ilahi məhəbbət" anlayışı çərçivəsində, həmçinin dövrün hüquqimənəvi kontekstində təhlil olunur.Tədqiqatda tarixi-hermenevtik yanaşma ilə yanaşı, mənbə tənqidi və komparativ analiz metodlarından da istifadə edilmişdir.Rabiyənin fikirləri birbaşa yazılı əsərlərlə deyil, onun haqqında formalaşmış təzkirə ədəbiyyatı və digər Orta əsrlər bioqrafik mənbələr əsasında yenidən təhlil olunur.Rabiyə əl-Ədəviyyə təlimində "ilahi məhəbbət" mərkəzi anlayış kimi çıxış edir.Onun bu məhəbbətə əsaslanan mistik yanaşması formalaşmaqda olan İslamın ortodoksal prinsiplərindən qaynaqlanır.
Fields of Study & Subjects
Turkish Literature and Culture
Families in Therapy and Culture
Islamic Thought and Society Studies
Publication details
- Journal / source
- Din Araşdırmaları Jurnalı
- Publication date
- 8 January 2026