1917–1920-ci illərdə Nuxa qəzasında ermənilərin milli-dini fitnəkarlıq siyasəti, siyasi və dini həyatın xüsusiyyətləri
Abstract
Xülasə 1917-1920-ci illərdə Şimali Azərbaycanda cərəyan edən hadisələri, dövrün xarakterik xüsusiyyətlərini izləmək, obyektiv şəkildə araşdırmaq üçün respublikamızın ucqarlarında mövcud olan vəziyyətlə tanışlıq xüsusi əhəmiyyətə malikdir.Bu mənada, bəhs olunan dövrdə ölkənin ikinci sənaye şəhəri olan Nuxada (Şəkidə) demokratik hərəkat, milli mövcudluq uğrunda aparılan mübarizə özünəməxsus çalarları ilə seçilir.Məhz bu özünəməxsusluq, milli ruhun yüksəlməsi, müstəqillik uğrunda mübarizə əzmi, milli ziyalıların və burjua nümayəndələrinin, mütərəqqifikirli din xadimlərinin birgə səyləri erməni-bolşevik guruhunun soyqırımı törətmək, dini təfriqə salmaq və hakimiyyəti ələ keçirmək cəhdlərinin uğursuzluğa düçar olmasını şərtləndirir, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması uğrunda xalqımızın apardığı Milli Azadlıq Hərəkatına öz töhfəsini verirdi.
Fields of Study & Subjects
Historical Turkish Studies
History and Cultural Heritage
Ottoman Empire History and Society
Publication details
- Journal / source
- Din Araşdırmaları Jurnalı
- Publication date
- 8 January 2026