ABŞERONDA BECƏRİLƏN BƏZİ ÜZÜM SORTLARININ MÜXTƏLİF ÜSULLARLA QURUDULMASININ QURU ÜZÜMÜN KEYFİYYƏTİNƏ TƏSİRİ

Read full text
Authors: Ləman Yusifli
Cited by: 0

Abstract

Abşeron yarımadası əlverişli iqlim və torpaq şəraitinə malik olduğu üçün burada qurutmalıq üzüm sortlarının yetişdirilməsi yüksək keyfiyyətli məhsul əldə etməyə imkan verir.Tədqiqatda bölgədə geniş yayılan Sultani, Ağ Şanı və Qara Şanı üzüm sortları seçilmiş və müxtəlif qurudulma üsullarının bu sortların keyfiyyətinə təsiri araşdırılmışdır.Quru üzümün keyfiyyətinin formalaşmasında sort xüsusiyyətləri, giləmeyvə quruluşu, qabıq qalınlığı, yığım vaxtı, qurutma mühiti və qələvi batırma texnologiyası əsas amillər kimi müəyyən edilmişdir.Qurudulma torpaq, beton və askı üsulları ilə aparılmış və nəticələr göstərmişdir ki, ən sürətli quruma beton və torpaq səthlərində baş verir, askıda qurudulma isə daha ləng olsa da, rəngin qorunmasına və daha təmiz məhsul alınmasına şərait yaradır.Qələvi (kül) məhluluna batırma prosesi qurutma müddətini əhəmiyyətli dərəcədə azaldır; lakin 25%-37,5% kül nisbətləri arasında fərq olmadığı müəyyən edilmişdir.Sultani ən qısa, Ağ və Qara Şanı isə daha uzun müddətdə qurumuşdur ki, bu da qabıq qalınlığı və salxım quruluşu ilə əlaqələndirilir.Nəticə olaraq müəyyən olunmuşdur ki, hər sort üçün optimal qurudulma texnologiyasının seçilməsi quru üzümün keyfiyyətini əhəmiyyətli dərəcədə artırır və Abşeron şəraitində yüksək keyfiyyətli məhsul istehsalına şərait yaradır.

Fields of Study & Subjects

Horticultural and Viticultural Research Food Drying and Modeling Ziziphus Jujuba Studies and Applications

Publication details

Journal / source
UNEC Tələbə Tədqiqatları Jurnalı
Publication date
15 January 2026
Language
AZ