ƏTRİYYAT VƏKOSMETİKVASİTƏLƏRİNSATIŞINDARƏQƏMSALMARKETİNQİN ROLU: KEYFİYYƏTVƏİSTEHLAKÇIMƏMNUNİYYƏTİ BAXIMINDAN TƏHLİL

Read full text
Authors: Simara İsmayılzadə
Cited by: 0

Abstract

Aparılan tədqiqat rəqəmsal marketinqin ətir və kosmetika sektorunda istehlakçı davranışına, məhsulun qəbul edilən keyfiyyətinə və məmnuniyyətə necə təsir etdiyini sistemli şəkildə araşdırır.Rəqəmsal istehlak mühitində qərarvermə prosesi artıq mağazada deyil, sosial mediada formalaşdığı üçün vizual məzmun, influencer tövsiyələri, onlayn rəylər və brendin rəqəmsal nüfuzu istehlakçı üçün əsas məlumat mənbəyinə çevrilmişdir.Tədqiqat göstərir ki, sosial mediada yaradılan vizual emosiyalar ilk təəssüratı formalaşdırsa da, satınalma qərarında ən güclü təsir real istifadəçi rəylərinə məxsusdur.SPSS nəticələri müsbət rəylərin satınalma niyyətini statistik olaraq mənalı səviyyədə artırdığını (β = 0.24; p = 0.003), influencer etibarlılığının isə bəzən mənfi təsir göstərə bildiyini ortaya qoymuşdur.Brend imici emosional təsir yaratsa da satınalma niyyətinə zəif təsir göstərir.Tədqiqatın əsas elmi yeniliyi kimi Rəqəmsal Keyfiyyət Qavrayışı Modeli (RKQM) təqdim edilir.Model vizual təsir, influencer etibarlılığı, rəy ekosistemi, rəqəmsal şəffaflıq və brend nüfuzu kimi ayrı-ayrı təsir faktorlarını vahid sistemdə birləşdirərək onların istehlakçı qavrayışına necə təsir etdiyini izah edir.Eyni zamanda tədqiqat kosmetika sektorunda məmnuniyyətin funksional, informativ və emosional komponentlərdən ibarət olduğunu sübut edir.Nəticə olaraq araşdırma təsdiq edir ki, rəqəmsal marketinq yalnız reklam vasitəsi deyil, istehlakçı davranışını hər mərhələdə yönləndirən çoxölçülü təsir mexanizmidir.Brendlər üçün ən effektiv strategiyalar real rəy

Fields of Study & Subjects

Digital Marketing and Social Media Consumer Behavior and Marketing Influence Consumer Perception and Purchasing Behavior

Publication details

Journal / source
UNEC Tələbə Tədqiqatları Jurnalı
Publication date
15 January 2026
Language
AZ