ƏLİLLİYİ OLAN UŞAQLARIN MƏKTƏBƏHAZIRLIQ QRUPLARINA CƏLB EDİLMƏSİ: CARİ VƏZİYYƏT VƏ EHTİYACLAR
Summary
No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.
Summarise with VIRAT Free to try with your Science Catalogs account.Abstract
Bu tədqiqat Azərbaycanda əlilliyi olan uşaqların məktəbəhazırlıq qruplarına cəlb olunması ilə bağlı mövcud vəziyyəti və ehtiyacları qiymətləndirir.Tədqiqatda kəmiyyət və keyfiyyət metodlarının inteqrasiyasından istifadə olunub: kəmiyyət məlumatları sorğular vasitəsilə toplanıb, keyfiyyət göstəriciləri isə müəllimlər ilə aparılan müsahibələr vasitəsilə dərinləşdirilib.Əsas tapıntılar göstərir ki, qanunverici sənədlərin mövcud olmasına baxmayaraq, əlilliyi olan uşaqların məktəbəhazırlıq qruplarına cəlbi ilə bağlı əhəmiyyətli maneələr mövcuddur.Bu maneələr arasında uyğunlaşdırılmış təhsil resurslarının çatışmazlığı, müəllimlərin peşəkar hazırlığının kifayət qədər olmaması və inklüziv təhsilin tətbiqində institusional çatışmazlıqlar qeyd olunub.Məlum olub ki, valideynlər və təhsil işçiləri əlilliyi olan uşaqların təhsil ehtiyaclarını ödəmək üçün daha çox dəstək və resurslara ehtiyac duyurlar.Tədqiqatın nəticələri əlilliyi olan uşaqların məktəbəhazırlıq qruplarına cəlb edilməsinin effektivliyini artırmaq üçün bir sıra tövsiyələr təqdim edir.Bu tövsiyələr arasında inklüziv təhsilin daha yaxşı tətbiqi üçün müəllimlərin bu istiqamətdə təlimlərə cəlb olunması, təhsil materiallarının əlçatanlığının yaxşılaşdırılması və valideynlərin maarifləndirilməsi kimi tədbirlər yer alır.Həmçinin bu sahədə monitorinq və dəstək mexanizmlərinin gücləndirilməsi tövsiyə olunur.Bu tədqiqat inklüziv təhsilin təşviqi və əlilliyi olan uşaqların məktəbəhazırlıq qruplarına tam inteqrasiyasının təmin edilməsi üçün əsaslı bir yol xəritəsi təqdim edir.Beləliklə, Azərbaycan inklüziv və ədalətli təhsil mühitinə doğru addım ata, bu da bütün uşaqların təhsil almaq hüququnun təmin olunmasına kömək edə bilər.
Fields of Study & Subjects
Inclusive Education and Diversity
Inclusion and Disability in Education and Sport
Collaborative Teaching and Inclusion
Publication details
- Journal / source
- Azerbaijan Journal of Educational Studies
- Publication date
- 31 March 2026
- Language
- AZ