ÜMUMİ TƏHSİLLƏ BAĞLI PEDAQOJİ MÜZAKİRƏLƏR: ƏHƏMİYYƏTİ VƏ PERSPEKTİVLƏRİ

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin dövrün tələbatına görə təkmilləşdirilməsi, potensial imkanları nəzərə alınmaqla şagirdlərin keyfiyyətli təhsillə əhatə edilməsi bütün zamanlarda ən düşündürücü, ən aktual məsələ kimi gündəmdə olub.Təbii ki, keyfiyyətli təhsilin təminatında peşəkar müəllim amili, təkmil təlim standartları və dərsliklər, müasir tələblərə cavab verən infrastruktur, maddi-texniki tədris bazası, səriştəli rəhbərlik və s. mühüm rol oynayır.Əlbəttə, onu da nəzərə almaq lazımdır ki, hazırkı dövrdə qloballaşma proseslərinin geniş miqyas alması ilə şərtlənən mühüm sosial-iqtisadi-texnoloji inkişaf meyilləri təhsil sahəsinə də öz ciddi təsirini göstərir, təhsili əhatə edən problemlərə, təhsilin məqsədinə, məzmununa, o cümlədən təşkili və idarəolunmasına, şagird nailiyyətlərinin attestasiyasına yeni baxış və yanaşmaların yaranmasına səbəb olur.Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə aparılan islahatyönlü tədbirlərin nəticələri bunu bir daha sübut edir.Məhz belə bir şəraitdə meydana çıxan prosesin təkmilləşməsinə xidmət edən yeni ideyaların, eləcə də problem sayıla bilən məsələlərin pedaqoji aspektdə geniş müzakirə edilib müvafiq təkliflərin hazırlanmasına ehtiyac duyulur.Şübhəsiz, müzakirə obyektləri radikal, inkişafyönlü düşüncələrin sayəsində formalaşır və bu prosesdə təhsil işçilərinin geniş iştirakı, təkliflərlə çıxış etmələri ümumi təhsilin keyfiyyət göstəricilərinin getdikcə yaxşılaşmasında faydalı ola bilər.

Fields of Study & Subjects

Educational Methods and Teacher Development Education Pedagogy and Practices Education Psychology and Social Research

Publication details

Journal / source
Azerbaijan Journal of Educational Studies
Publication date
31 March 2026
Language
AZ