XÜSUSİ İSTEDADLI ŞAGİRDLƏRİN AŞKARA ÇIXARILMASI VƏ ONLARIN POTENSİALININ İNKİŞAF ETDİRİLMƏSİ İŞİNİN TƏŞKİLİ

Read full text Summarise with VIRAT
Cited by: 0
References: 4

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

Xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması və onların potensialının inkişaf etdirilməsi hər zaman təhsil sisteminin prioritet məsələlərindən olub.Bu məqalənin əsas ideyası ondan ibarətdir ki, xüsusi istedada malik şagirdlərin erkən aşkar edilməsi və onların fərdi potensialının inkişaf etdirilməsi üçün sistemli və məqsədyönlü işlərin həyata keçirilməsi, müvafiq mühitin yaradılması, fərdi yanaşmanın tətbiqi və ixtisaslı pedaqoji heyətin təmin olunması zəruridir.Bu yanaşma yalnız şagirdin fərdi inkişafına deyil, həm də ölkənin gələcəyinə investisiya kimi qiymətləndirilməlidir.Azərbaycanda bu sahəyə xüsusi diqqət yetirilib, 2006-2010-cu illər üçün Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramı 1 çərçivəsində istedadlı uşaqların müəyyən edilməsi, təkmilləşdirilməsi və yeni tipli təhsil müəssisələrinin yaradılması əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib.Məqalədə qeyd olunur ki, istedadlı şagirdlər yalnız yüksək intellektə deyil, həm də kreativlik və daxili motivasiya kimi komponentlərə sahib olanlardır.Bu xüsusiyyətlər onların yaradıcı və cəsarətli olmasını, fərqli və orijinal ideyalar irəli sürməsini təmin edir.Xüsusi istedada malik gənclərin erkən yaşlardan aşkar edilməsi mühüm əhəmiyyət kəsb edir.Akademik istedad sahəsində şagirdlərin potensialını ortaya çıxarmaq üçün fənn müsabiqələri və olimpiadalar effektiv vasitə hesab olunur.Ölkəmizdə V sinifdən XI sinfədək müxtəlif fənn olimpiadaları və müsabiqələr təşkil edilir ki, bu da beynəlxalq səviyyədə uğur qazanan şagirdlərin böyük əksəriyyətinin erkən mərhələdə aşkar edilməsini təmin edir.Məqalədə həmçinin istedadlı şagirdlərin inkişafı üçün xüsusi mühitin, fərdi yanaşmanın, peşəkar müəllim hazırlığının və sosial-psixoloji dəstəyin təmin edilməsinin əhəmiyyəti vurğulanır.

Fields of Study & Subjects

Education Achievement and Giftedness Psychology of Development and Education Inclusive Education and Diversity

Publication details

Journal / source
Azerbaijan Journal of Educational Studies
Publication date
31 March 2026
Language
AZ