SÜNİ İNTELLEKTİN TƏHSİL FƏLSƏFƏSİNİ, PEDAQOJİ TƏCRÜBƏNİ VƏ İNSAN-MAŞIN ƏMƏKDAŞLIĞINI YENİDƏN FORMALAŞDIRAN TRANSFORMATİV POTENSİALI

Read full text Summarise with VIRAT
Cited by: 0
References: 10

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

Məqalədə süni intellektin (Sİ) ali təhsil sistemində tələbə nailiyyətlərinə təsiri fəlsəfi, pedaqoji, etik və hüquqi kontekstdə təhlil olunur.İlk olaraq Sİ-nin fəlsəfi mənşəyi, "süni intellekt fəlsəfəsi"nin formalaşması və şüur-zəka probleminin yeni texnoloji şəraitdə qazandığı məna şərh edilir.Daha sonra Sİ-nin tarixi inkişafı, generativ modellərin və təbii dil emalı texnologiyalarının meydana çıxması, qlobal tənzimləmə çərçivələri (EU AI Act, eləcədə ABŞ, Çin, Birləşmiş Krallıq, Kanada və s. qəbul olunmuş sənədlər) fonunda təhsildə tətbiq ssenariləri müqayisə olunur.Məqalənin empirik bazasını müxtəlif ölkələrdə aparılmış tədqiqatların analizi, "EdWeek/Foundry10" layihəsinin nəticələri, generativ Sİ-nin elmi yazıda "hallüsinasiyalar" problemindən bəhs edən araşdırmalar, eləcə də Sİ-nin yaradıcılıq sənətlərinə və müəlliflik hüququna təsiri haqqında işlər təşkil edir.Nəticə etibarilə göstərilir ki, Sİ tələbə nailiyyətlərinə ikili -həm yüksəldici, həm də deqradasiyaedici -təsir potensialına malikdir.Adaptiv öyrənmə fərdiləşdirilmiş təlim yolları və formatlaşdırılmış rəyvermə vasitəsilə akademik göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşdıra bildiyi kimi, akademik dürüstlük, tənqidi düşünmə, yaradıcılıq və müəlliflik məsələlərində ciddi risklər də yaradır.Məqalədə Azərbaycan kontekstində insan kapitalının inkişafı, 2030-a qədər təhsilin sosial-iqtisadi prioritet statusu, həmçinin Sİ-nin təhsil siyasəti, universitet idarəetməsi və təşkilati etika ilə kəsişən məqamları ayrıca şərh edilir.

Fields of Study & Subjects

Artificial Intelligence in Education Ethics and Social Impacts of AI Artificial Intelligence in Healthcare and Education

Publication details

Journal / source
Azerbaijan Journal of Educational Studies
Publication date
31 March 2026
Language
AZ