UNİVERSİTET MÜƏLLİMİNİN FƏALİYYƏTİNİ ƏKS ETDİRƏN AKADEMİK İNDEKSİN HESABLANMASI ÜÇÜN “NEURO-FUZZY” YANAŞMASI

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

Universitet müəlliminin fəaliyyət keyfiyyətinin monitorinqi təhsilin keyfiyyətinin idarə olunması probleminin ümumi çərçivəsində mürəkkəb və vacib məsələlərdən biridir.Müəllimin fəaliyyəti çoxşaxəlidir.Rəsmi hesabatlara görə, bu fəaliyyətə tədris, tədris-metodiki, elmi-tədqiqat, təşkilati və ictimai işlər, habelə tərbiyə işləri daxildir və bunlar attestasiya zamanı kompleks şəkildə qiymətləndirilir.Universitet müəllimlərinin fəaliyyət keyfiyyətinin artırılmasının effektiv vasitəsi əsas fəaliyyət növləri üzrə (hesabat dövrü ərzində -semestr, tədris ili və ya əmək müqaviləsinin qüvvədə olduğu müddət) akademik fəaliyyətin qiymətləndirilməsidir.Məqalədə müəllim fəaliyyətinin çoxşaxəli qiymətləndirilməsi üçün "neuro-fuzzy" analiz üsullarının və ekspert qiymətləndirmələrinin tətbiqinə əsaslanan metodologiya təklif edilir.Müəllimlərin fəaliyyətinin qiymətləndirilməsində bu yanaşma universitetdə Boloniya biznes təhsil prosesinə analitik və informasiya dəstəyi verən EMPRO sisteminə inteqrasiya olunmuş uyğun bir seçim vasitəsilə həyata keçirilir.

Fields of Study & Subjects

Management and Performance Evaluation Evaluation Methods in Various Fields scientometrics and bibliometrics research

Publication details

Journal / source
Azerbaijan Journal of Educational Studies
Publication date
31 March 2026
Language
AZ