ALİ TƏHSİLDƏ KEYFİYYƏTİN İDARƏ EDİLMƏSİ
Summary
No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.
Summarise with VIRAT Free to try with your Science Catalogs account.Abstract
Son illərdə ali təhsil müəssisələrinin idarə edilməsində aparılan islahatlar onların daha müstəqil və rəqabətli təhsil bazarında fəaliyyət göstərməsinə imkan yaradıb.Bu mühitdə universitetlər özlərini tanıtmaq və fəaliyyətlərinin dayanıqlığını artırmaq üçün daha çox səy göstərməli olublar.Xüsusilə təklif etdikləri təhsil keyfiyyəti, tədqiqat imkanları və tədris metodları kimi amillər universitetlər üçün əsas rəqabət üstünlüyünə çevrilib.Rəqabətin artması paralel olaraq ali təhsil müəssisələrində təhsilin keyfiyyətini artırmaq üçün müxtəlif metod və strategiyaların inkişaf etdirilməsinə səbəb olub.Bu dəyişikliklərə cavab olaraq ali təhsil müəssisələri keyfiyyətin idarə edilməsi və keyfiyyət təminatı sahəsində daha sistemli və planlı yanaşmalar tətbiq etməyə başlayıblar.Azərbaycan ali təhsil müəssisələrində mövcud vəziyyət təhlil edildikdə, son illər ərzində ölkəmizdə təhsil sahəsində mühüm islahatların həyata keçirildiyi və beynəlxalq təhsil standartlarına inteqrasiya prosesinin sürətləndirildiyi müşahidə olunur.1999-cu ildə qəbul edilən Bolonya Bəyannaməsi ölkəmizin təhsil sisteminin Avropa ali təhsil məkanına inteqrasiyasını sürətləndirmək məqsədilə mühüm addımlar atılmasına şərait yaradıb.2005-ci ildə Azərbaycan Bolonya prosesi ilə bağlı öhdəliklər qəbul edərək təhsilin keyfiyyətinin artırılması, müasir kredit sistemlərinin tətbiqi və diplomların beynəlxalq səviyyədə tanınması məsələlərini öz üzərinə götürüb.Bu prosesin davamı olaraq 2008-ci ildə qəbul olunan dövlət proqramı və 2019-cu ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) yaradılması ilə Azərbaycan ali təhsilinin inkişafı və təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı əhəmiyyətli addımlar atılıb.Lakin ali təhsil müəssisələrində keyfiyyətin idarə edilməsi, daxili keyfiyyət təminatı, habelə özünütəhlil və davamlı təkmilləşmə mexanizmlərinin effektiv fəaliyyəti ilə bağlı hələ də bir sıra problemlər mövcuddur.
Fields of Study & Subjects
Higher Education Governance and Development
Management Systems and Quality Improvement
Educational Management and Quality
Publication details
- Journal / source
- Azerbaijan Journal of Educational Studies
- Publication date
- 31 March 2026
- Language
- AZ