BİOCOĞRAFİYANIN MULTİDİSİPLİNAR FƏNLƏR KONTEKSTİNDƏ İNTEQRATİV TƏDRİSİNİN METODİKASI
Summary
No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.
Summarise with VIRAT Free to try with your Science Catalogs account.Abstract
Effektiv təhsil yanaşmalarında fənlərarası inteqrasiya məsələləri öz aktuallığı ilə seçilir.Fənlərin oxşar məzmuna malik mövzularını qarşılıqlı şəkildə əlaqələndirdikdə daha yaxşı tədris mühitinin formalaşması müşahidə olunur.Azərbaycan təhsil sistemində əvvəlki dövrlərdə və hazırda müəyyən fənlər ali təhsil müəssisələrində qoşa ixtisaslar kimi tədris olunurdu.Coğrafiya-biologiya, tarix-coğrafiya, kimya-biologiya, fizika-informatika, riyaziyyat-informatika tandemləri multidisiplinar yanaşma formulu kimi buna misal ola bilər.Qoşa fənlər təhsilverənlərdə və təhsilalanlarda fənlər arasında məntiqi əlaqələr qurmağa kömək edir, məsələləri daha dolğun, sistemli və kompleks mənimsəməyə sövq edir.Yenidən fənlərarası əlaqələrə diqqətin artırılması pedaqoji metodikada məqsədyönlü tədqiqatların aparılmasını zəruri edir.Fənlərarası inteqrasiya təhsil sektorunda müxtəlif səviyyələrdə (ümumtəhsil məktəbləri, ali təhsil müəssisələri) tətbiq oluna bilər.Fiziki kimya, biocoğrafiya, tarixi coğrafiya, biokimya fənləri inteqrativ fənn nümunələridir.Tədqiqat işində biocoğrafiyanın biologiya və coğrafiya fənləri kontekstində öyrənilməsi, paralel məzmun xətləri, bir-birini tamamlaması məsələləri öyrənilib.Azərbaycan coğrafiyası timsalında "Pirqulu Coğrafi Tədqiqatlar Stasionarı" coğrafiya və biologiya fənləri çərçivəsində təhlil olunub.Biocoğrafi obyektlər geomorfoloji, iqlim, landşaft, turizm elementləri üzrə inteqrativ modelə uyğun sistemləşdirilib.Mövzu hər iki fənnin ortaq tədqiqat obyekti kimi "Biosfer" bölməsinin tədrisi metodikası üçün səmərəli tədqiqat işi kimi dəyərləndirilə bilər.
Fields of Study & Subjects
Interdisciplinary Research and Collaboration
Geography Education and Pedagogy
Science and Education Research
Publication details
- Journal / source
- Azerbaijan Journal of Educational Studies
- Publication date
- 31 March 2026
- Language
- AZ