QƏRBİ AZƏRBAYCAN ƏDİBLƏRİNİN YARADICILIĞINDA TARİXİ HƏQİQƏTLƏRİN VƏ VƏTƏNPƏRVƏRLİK MOTİVLƏRİNİN BƏDİİ TƏSVİRİ

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

Məqalədə Qərbi Azərbaycan ədəbi nümunələrinin tədris prosesində öyrədilməsi imkanları və bunun əhəmiyyəti tədqiq edilir, Qərbi Azərbaycan yazıçılarının yaradıcılığında, eləcə də folklor nümunələrində əks olunan milli-mənəvi dəyərlərin təhsilalanlara aşılanmasının əhəmiyyəti vurğulanır.XIX-XX əsrlərdə azərbaycanlıların soyqırıma məruz qalması və doğma torpaqlarından didərgin düşməsi ədəbi nümunələrdə geniş şəkildə təsvir olunub, aşıqların və şairlərin yaradıcılığında vətən həsrəti, milli şüur və xalqın yaşadığı faciələr öz bədii əksini tapıb.Müasir dövrdə isə ədəbi əsərlərdə tarixi hadisələr faktlara əsaslanaraq bədii formada təqdim olunur.Məqalədə göstərilir ki, ədəbiyyat dərslərində bu əsərlərdən istifadə şagirdlərin tarixi yaddaşını möhkəmləndirər, milli mənsubiyyət və vətənpərvərlik hisslərini gücləndirər.Çünki bədii ədəbiyyat vasitəsilə tarix şagirdlərə yalnız nəzəri məlumat kimi deyil, həm də emosional və mənəvi səviyyədə çatdırılır.Təcrübə göstərir ki, Qərbi Azərbaycan ədəbi nümunələrinin tədrisi, milli yaddaşın qorunması, tarixi həqiqətlərin, faciələrin ədəbiyyat dərslərində gənc nəslə çatdırılması şagirdlərdə vətənpərvərlik ruhunun formalaşdırılması baxımından vacibdir.Məqalə həm tarixi, həm də ədəbi aspektləri birləşdirərək bu mövzunun tədris və tədqiqat sahələrində əhəmiyyətini vurğulayır.

Fields of Study & Subjects

Turkish Literature and Culture Comparative and World Literature Literary Analysis and Cultural Studies

Publication details

Journal / source
Azerbaijan Journal of Educational Studies
Publication date
31 March 2026
Language
AZ