Azərbaycanda mövcud bank sistemində audit fəaliyyətinin təhlili və qiymətləndirilməsi
Summary
No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.
Summarise with VIRAT Free to try with your Science Catalogs account.Abstract
XülasәTәdqiqatın mәqsәdi -Azәrbaycanın bank sistemindә audit işinin tәşkili ilә bağlı çoxşaxәli problemlәrin araşdırılması vә hәlli istiqamәtindә tövsiyәlәrin verilmәsidir.Tәdqiqatın metodologiyası -Tәdqiqat zamanı sistemli yanaşma, iqtisadi-statistik tәhlil, mәntiqi ümumilәşdirmә, müqayisәli tәhlil vә qruplaşdırma metodlarından istifadә edilmişdir.Tәdqiqatın tәtbiqi әhәmiyyәti -tәdqiqatda әldә edilәn nәticәlәrin, hәmçinin irәli sürülәn tövsiyәlәrin reallaşdırılması ölkәmizin bank sistemindә şәffaf korporativ idarәetmәnin formalaşmasına vә risklәrin idarә edilmәsinin daha effektiv nәticәlәr vermәsinә, habelә müvafiq sahәdә requlyativ çәrçivәnin tәkmillәşdirilmәsinә müsbәt tәsir edәcәkdir.Tәdqiqatın nәticәlәri -Tәdqiqatın әsas müddәaları vә irәli sürülmüş elmi nәticәlәr bank sektorunun praktiki göstәricilәri ilә әsaslandırılmışdır.Bank sektorunda audit xidmәtinә aid inkişaf trendlәri tәhlil edilmәklә, ölkә banklarında risklәrin idarә edilmәsi sisteminә tәsiri araşdırılmış, tәtbiq edilәn yeni tәlәblәrin üstünlüklәri müәyyәn edilmişdir.Tәdqiqatın orijinallığı vә elmi yeniliyi -bank sektorunda audit xidmәtinin tәşkilinin effektivliyinin artırılması istiqamәtindә auditin potensial imkanları tәhlil edilәrәk qiymәtlәndirilmiş vә banklarda auditin fәaliyyәti üzrә beynәlxalq tәcrübә araşdırılaraq, müasir tәlәblәr vә yeniliklәr öyrәnilmişdir.
Fields of Study & Subjects
Banking stability
regulation
efficiency
Auditing
Earnings Management
Governance
finance
banking
and market dynamics
Publication details
- Journal / source
- Civilization
- Publication date
- 28 March 2026
- Language
- AZ