Sahibkarlıq fəaliyyətində “innovasiya – investisiya” tandemi: reallıqlar və imkanlar

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

XülasәTәdqiqatın mәqsәdi -sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsinә sistemli baxışın tәmin olunması, subyektlәr üzrә müfәssәl informasiya imkanlarından istifadәnin qiymәtlәndirilmәsi, sahibkarlıq fәaliyyәtindә innovasiya tәdbirlәrinin icrasının zәruriliyinin müşahidә altına alınması vә onun nәticәlәrinin tәcrübi tәtbiqinin çoxamilli araşdırmalara mәruz qoyulması, investisiya proseslәrinә müraciәt olunmanın әsaslandırılmasıdır.Tәdqiqatın metodologiyası -müşahidә, qruplaşdırma, müqayisәli tәhlil vә zәncirvari әlaqә metodlarından istifadә olunmuşdur.Tәdqiqatın nәticәlәri -sahibkarlıq fәaliyyәtinin mütәşәkkil qaydada tәşkili zamanı müraciәt olunan iqtisadi, istehsal vә digәr yenilәnmәlәr üzrә yekunların öyrәnilmәsi, hәmin innovasiyaların istehsal vә ümumi iqtisadi mәrhәlәlәrә tәsirinin qiymәtlәndirilmәsi, bәhs olunan yöndә investisiya mәnbәlәrinin araşdırılması vә zәruri istiqamәtlәrә yönәldilmәsinin tәhlilindәn ibarәtdir.Tәdqiqatın praktiki әhәmiyyәti -ölkәnin iqtisadi sisteminin sahәlәri vә subyektlәri üzrә innovasiyaların layihәlәndirilmәsi vә reallaşması, onların hәyata keçirilmәsinә istiqamәtlәndirilmiş investisiyaların smetalaşdırılması imkanlarının öyrәnilmәsidir.Tәdqiqatın orijinallığı vә elmi yeniliyi -sahibkarlıq fәaliyyәtinin icra olunmasında "innovasiya -investisiya" tandeminin oynadığı rolun vә tutduğu yerin qiymәtlәndirilmәsi, hәmin müstәvinin fәaliyyәtә tәtbiqi nәticәsindә yarana bilәn situasiyaların qiymәtlәndirilmәsi.Açar sözlәr: sahibkar, sahibkarlıq fәaliyyәti, innovasiya, innovasiya amillәri, investisiya.Giriş Müasir iqtisadi inkişaf mәrhәlәsi cәmiyyәtin hәrtәrәfli tәrәqqisini tәlәb etmәkdәdir.Bu sırada sahibkarlıq fәaliyyәti aparıcı yerlәrdәn birini tutmaqdadır.Belә ki, çağdaş dövrümüzdә sahibkarlıq fәaliyyәti yeni ideyaların yaradılması, düşüncә vә tәfәkkür tәrzlәrinin fәaliyyәt sferasına "köçürülmәsi" ilә müşayiәt olunur [8, sәh.105].Sahibkarlıq fәaliyyәtinin fәrqli yönlәrdә araşdırmaları nәzәrdә tutulmaqdadır.Onların sırasında tәchizat, tәdarükat, nәqliyyat, logistika, istehsal, reallaşdırma vә digәr "mәrkәzlәrin" fәaliyyәtlәrini sadalamaq mümkündür.Hәr bir istiqamәt spesifik cәhәtlәrlә fәrqlәnmәkdәdir.Onlar fәrdi qaydada bәlli işlәrin vә vәzifәlәrin icrası üzrә ixtisaslaşmaqdadır.Onlarla bağlı fәrdi yanaşmaların tәnzimlәmә, planlaşdırma, marketinq kimi istiqamәtlәr üzrә nümayışı dә qanunauyğun vә әsaslandırılmışdır.Sahibkarlıq fәaliyyәtinin öyrәnilmәsi digәr komponentlәrin qarşılıqlı әlaqә vә asılılıqlarına diqqәt yetirilmәsini tәlәb etmәkdәdir.Bu sırada mülkiyyәt-iqtisadi sahә, hazır mәhsulun növ-tәrkib ifadәlәri, iştiraketmә-tәmsilçilik, birbaşa vә dolayı әlaqәlәndirmә vә ya vasitәçilik vә s. yönlәr üzrә münasibәtlәri öncül olaraq qәbul etmәk yerinә düşәrdi.Fәaliyyәtin mütәrәqqi şәkildә tәşkili vә hәyata keçirilmәsi, yeni mәhsul (iş, xidmәt) növlәrinin istehsalının mәnimsәnilmәsi, yeni texnikadan istifadә vә müasir texnologiyaların tәtbiqi kimi addımlara müraciәt olunma sahibkarlıq subyektlәri tәrәfindәn hәyata keçirilsә dә, "sәbәb -nәticә" әlaqәlәndirilmәsinin tәlәblәrindәn irәli gәlmәkdәdir.Düzgün tәşkil olunan sahibkarlıq fәaliyyәti qarşılıqlı әlaqәli fәaliyyәt mexanizmlәrinin mәcmusu kimi çıxış etmәkdәdir.Onların vahid mәqsәdә xidmәt etmәsi vә biri-digәrini tamamlaması, bu zaman sәmәrәlilik, ahәngdarlıq, optimallıq kimi prinsiplәrin tәlәblәrinә riayәt olunması sahib-

Fields of Study & Subjects

Economic and Industrial Development Enterprise Management and Information Systems Entrepreneurship Studies and Influences

Publication details

Journal / source
Civilization
Publication date
28 March 2026
Language
AZ