Milli iqtisadiyyatın strukturunda həyata keçirilən şaxələndirmənin dayanıqlı inkişafın təmin edilməsində rolu

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

MİLLİ İQTİSADİYYATIN STRUKTURUNDA HӘYATA KEÇİRİLӘN ŞAXӘLӘNDİRMӘNİN DAYANIQLI İNKİŞAFIN TӘMİN EDİLMӘSİNDӘ ROLU XülasәMәqalәdә Azәrbaycan Respublikasının sosial-iqtisadi, enerji, intellektual, investisiya imkanları qiymәtlәndirilmişdir. Zәngin tәbii resurs potensialına, qiymәtli xammal mәnbәlәrinә malik ölkәmizin hәmçinin digәr sәnaye sahәlәrinin inkişafı yönündә addımları nәzәrdәn keçirilmişdir.Milli iqtisadiyyatın hәm regional, hәm dә beynәlxalq miqyasda iqtisadi tәhlükәsizliyinin tәmin edilmәsindә sağlam iqtisadi strukturun formalaşmasına yönәlәn şaxәlәndirmә siyasәtinin әhәmiyyәti qeyd edilmişdir.Bunun üçün qeyri-neft sektorunun üstünlük tәşkil etdiyi sәnaye sahәlәrinin çeşidliliyinin artırılması әsasında dayanıqlı iqtisadi inkişafın motivlәri araşdırılmışdır.Mәqәlәdә hәmçinin, ölkә regionlarının milli iqtisadiyyata geniş şәkildә transformasiyası üçün iqtisadiyyatın strukturunda edilәn dәyişikliklәrin obyektiv reallığı tәhlil edilmişdir.İnkişaf edәn vә dәyişәn bazar münasibәtlәri mühitindә iqtisadiyyatın şaxәlәndirilmәsinin hüquqi bazasının yaradılması, struktur nizamlanmasının yeni forma vә metodlarının hazırlanması texnikasına diqqәt yetirilmişdir.Tәdqiqatın mәqsәdi -Bazar münasibәtlәrinin müasir inkişafı şәraitindә Azәrbaycanda iqtisadi münasibәtlәr sistemindә hüquqi tәnzimlәnmә prosesinin tәkmillәşdirilmәsi ilә yanaşı, iqtisadiyyatın strukturunda hәyata keçirilәn reformlar üçün xüsusi forma vә metodların elmi vә nәzәri әsaslandırılmasını inkişaf etdirmәkdir.Tәdqiqatın metodologiyası -Tәdqiqat yerinә yetirilәn zamanı xüsusi metodlardan -sistem, struktur vә funksional, modellәşdirmә, müqayisә vә digәr metodlardan, ümumi, hәmçinin xüsusi tәhlil üsullarından geniş istifadә edilmişdir.Tәdqiqatın tәtbiqi әhәmiyyәti -Mәqalәdә tәklif edilәn yeni yanaşmalar vә hәmçinin tövsiyәlәr ölkә iqtisadiyyatında struktur siyasәtinin hәyata keçirilmәsindә әhәmiyyәtli rol oynaya bilәr.Tәklif edilәn tövsiyәlәr Azәrbaycan iqtisadiyyatının struktur mexanizminin tәkmillәşdirilmәsinin iqtisadi, hüquqi vә infrastruktur tәminatı mәsәlәlәrinә istiqamәtlәnmişdir.Tәdqiqatın nәticәlәri -tәdqiqat aparılması nәticәsindә müasirlәşәn dövlәt idarәçiliyinin iqtisadi funksiyasının әsas tәrәflәrini aşkara çıxarmaq vә iqtisadi funksiyasını hәyata keçirmә formalarını vә metodlarını müәyyәn etmәk, iqtisadi inkişafı nizamlayan hüquqi mexanizmin әsas detallarını xarakterizә etmәk mümkündür.Tәdqiqatın elmi yeniliyi -iqtisаdi sistemin sektorlararası struktur tәkmillәşdirilmәsi üçün beynәlxalq tәcrübәyә nәzәr salmaqla dövlәtin struktur siyаsәtinin әsas tәrәflәrini sәciyyәlәndirmәkdir.Açar sözlәr: iqtisadiyyatın şaxәlәndirilmәsi, qeyri neft-qaz sektoru, dayanıqlı iqtisadi inkişaf, sәnayenin strukturu, aqrar sahә.Giriş Milli iqtisadiyyat dedikdә möhkәm әlaqәlәrә, geniş tәrkibә malik makroiqtisadi elementlәrdәn tәşkil olunan kompleks bir sistem başa düşülür.İqtisadi quruluş isә mәcmunu yaradan elementlәrin qarşılıqlı әlaqәsinә әsaslanan münasibәtlәr sistemidir.Milli iqtisadiyyatın tarazlı, dayanıqlı, sәmәrәli inkişafı naminә iqtisadi quruluşun "sağlam" әsaslara malik olması mühüm әhәmiyyәt kәsb edir.Tәsadüfi deyildir ki, milli iqtisadiyyatların sektoral quruluşu tәkcә hәmin ölkәlәrdә müşahidә edilәn hәyat sәviyyәsi vә inkişaf templәrindәn asılı deyildir.Belә ki, tarixi, iqtisadi, coğrafi, mental, tәbii vә s. şәrtlәrdәn asılı olaraq ayrı-ayrı ölkәlәr bir-birindәn fәrqlәnәn müxtәlif mәhsul qrupları üzrә ixtisaslaşırlar.Çoxşaxәli anlayış kimi iqtisadiyyatın strukturuna iqtisadi

Fields of Study & Subjects

Natural Resources and Economic Development Global Economic and Social Development Economic and Industrial Development

Publication details

Journal / source
Civilization
Publication date
28 March 2026
Language
TR