Beynəlxalq maliyyə-kredit təşkilatları ilə səmərəli əməkdaşlığın yolları
Summary
No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.
Summarise with VIRAT Free to try with your Science Catalogs account.Abstract
BEYNӘLXALQ MALİYYӘ-KREDİT TӘŞKİLATLARI İLӘ SӘMӘRӘLİ ӘMӘKDAŞLIĞIN YOLLARIXülasә Tәdqiqatın mәqsәdi -beynәlxalq maliyyә-kredit tәşkilatları ilә әmәkdaşlığın spesifik xüsusiyyәtlәri araşdırılmışdır.Tәdqiqatın metodologiyası -Xarici borcların alınması vә onların sәmәrәli idarә olunması üçün beynәlxalq tәcrübәlәrdәn istifadә yollarından bәhs edilmişdir.01.01.2024-cü il tarixinә qәdәr Respublikamızın beynәlxalq maliyyә-kredit tәşkilatlarına borcu da araşdırılmışdır.Tәdqiqatın tәtbiqi әhәmiyyәti -aparılan araşdırma vә tәhlillәr vasitәsilә sistemlәşdirilәn nәzәri vә konseptual müddәalar, irәli sürülәn tәklif vә tövsiyәlәr respublikamızın iqtisadiyyatında beynәlxalq maliyyә vә kredit tәşkilatlarının vәsaitlәrindәn istifadә prosesindә, onların cәlb edilmәsindә, tәnzimlәnmәsindә, bu istiqamәtdә proqramların hazırlanmasında, proqnozların tәrtib olunmasında istifadә oluna bilәr Tәdqiqatın nәticәsi -beynәlxalq maliyyә-kredit tәşkilatları ilә әmәkdaşlığın sәmәrәliliyinin artırılması ilә ölkәmizin beynәlxalq alәmdә müstәqil siyasәt yeritmәsinә, xarici tәhlükәlәrdәn qorunmasına, hәm iqtisadi, hәm dә maliyyә tәhlükәsizliyinin qorunmasına şәrait yaradacaqdır.Tәdqiqatın orijinallığı vә elmi yeniliyi -beynәlxalq maliyyә-kredit tәşkilatları ilә әmәkdaşlığın prioritet istiqamәtlәri müәyyәn edilmiş, әmәkdaşlığın sәmәrәliliyinin artırılması istiqamәtindә tәkliflәr irәli sürülmüşdür.Açar sözlәr: beynәlxalq maliyyә-kredit tәşkilatları, xarici borc, ixrac kreditlәri tәminatı, iqtisadi proseslәrin liberallaşdırılması, daxili maliyyә bazarlarının liberallaşması. GirişBeynәlxalq maliyyә-kredit münasibәtlәri vә onu formalaşdıran sistem mahiyyәt etibarı ilә bir çox qayda vә qanunların mәcmusundan ibarәt olmaqla dünya iqtisadiyyatı üçün çox әhәmiyyәtli olan vәzifә vә funksiyaları yerinә yetirir.Bu qayda vә qanunlar hәm beynәlxalq kredit tәşkilatları tәrәfindәn, hәm dә qarşılıqlı әmәkdaşlıqda olan ölkәlәrin dövlәt orqanları tәrәfindәn tәnzimlәnir.Beynәlxalq iqtisadi münasibәtlәrdә mövcud olan qaydaların әsas mәqsәdi beynәlxalq iqtisadi, maliyyә, kredit münasibәtlәri üzrә әmәliyyatların yüngüllәşdirilmәsindәn, asanlaşdırılmasından, sonda tәrәflәrin hәr biri üçün zәruri sәmәrә sәviyyәsini tәmin etmәkdәn ibarәtdir.Bu öz növbәsindә ölkәlәrin iqtisadiyyatında dinamizmi tәmin etmәklә sәmәrәliliyin yüksәldilmәsinә, ölkә iqtisadiyyatının dayanıqlı vә davamlı xarakterә malik olmasına, strateji mәqsәdlәrin yerinә yetirilmәsinә xidmәt edir.Qeyd olunan mәqsәdlәrin yerinә yetirilmәsi prosesindә beynәlxalq maliyyә-kredit sistemi üzv ölkәlәrdә iqtisadiyyatda uzunmüddәtli maliyyә münasibәtlәrinin hәyata keçirilmәsi üçün etibarlı bünövrә yaratmalı, maliyyә, valyuta, kredit, investisiya әmәliyyatları üzrә hәr hansı bir mәhdudiyyәtin olmasına imkan vermәmәli, hökumәt tәrәfindәn vә ya digәr orqanlar tәrәfindәn proteksionist siyasәtin aparılmasına yol vermәmәlidir.Dünya iqtisadiyyatının inkişaf tarixi göstәrir ki, onun әn sabit dövrü İkinci Dünya müharibәsindәn 70-ci illәrә qәdәr olmuşdur.Ötәn әsrin 70-ci illәrindәn başlayaraq dünya iqtisadiyyatında maliyyә valyuta sistemi üçün beynәlxalq hesablaşmalarda pozulmalar xarakterik olmuş, bu isә öz növbәsindә inflyasiya proseslәrini güclәndirәrәk beynәlxalq valyuta-kredit münasibәtlәrindә ziddiyyәtli hallar yaratmışdır.Beynәlxalq maliyyә-kredit tәşkilatları ilә әmәkdaşlığın perspektivlәrini müәyyәn etmәk üçün bu münasibәtlәrin mövcud parametrlәrini nәzәrdәn keçirmәk lazımdır.Tәrәfimizdәn aparılan
Fields of Study & Subjects
Global Financial Crisis and Policies
International Development and Aid
Economic
financial
and policy analysis
Publication details
- Journal / source
- Civilization
- Publication date
- 28 March 2026
- Language
- TR