Beynәlxalq biznesin tәnzimlәnmәsi problemlәri
Summary
No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.
Summarise with VIRAT Free to try with your Science Catalogs account.Abstract
BEYNӘLXALQ BİZNESİN TӘNZİMLӘNMӘSİ PROBLEMLӘRİ XülasәTәdqiqatın mәqsәdi.Mәqalәdә beynәlxalq biznesin hüquqi tәnzimlәnmәsi mәsәlәlәri müzakirә olunur.Müәllifin diqqәti beynәlxalq tәşkilatların ticarәt sahәsindә fәaliyyәtinә yönәlib, onun әsas vәzifәsi insan hüquq vә azadlıqlarına hörmәt vә riayәt әsasında beynәlxalq iqtisadi hüquqi münasibәtlәrin inteqrasiyası proseslәrinin inkişafıdır.Tәdqiqatın metodologiyası.Klassiklәrin iqtisadi nәzәriyyәlәri, müasir Qәrb vә yerli alimlәrin beynәlxalq biznesin vә beynәlxalq şirkәtlәrin formalaşması vә inkişafına, onların fәaliyyәtinin tәnzimlәnmәsinә aid hәyata keçirdiklәri tәdqiqatlar, tәdqiqatın mövzusuna uyğun olaraq, respublika hökumәtinin qәbul etdiyi müxtәlif normativ-hüquqi aktlar tәşkil edir.Tәdqiqatın tәtbiqi әhәmiyyәti.Azәrbaycan Dövlәt İqtisad Universitetinin "Beynәlxalq biznes", "Dünya iqtisadiyyatı", "Beynәlxalq iqtisadi münasibәtlәr", "Beynәlxalq ticarәt" vә s. fәnlәrinin tәdrisindә istifadә olunur.Tәdqiqatın nәticәlәri.Mәqalәdә verilәn nәticә vә tәkliflәr beynәlxalq biznesin dövlәt tәnzimlәnmәsi, onun koordinasiyası, strukturunun vә istehsal bazasının inkişafı vә diversifikasiyası ilә bağlı tәdbirlәr hazırlanarkәn mәrkәzi idarәetmә orqanlarında istifadә oluna bilәr.Tәdqiqatın orijinallığı vә elmi yeniliyi.Azәrbaycanda beynәlxalq biznesin tәnzimlәnmәsinin hüquqi aspektlәri tәhlil edilmiş vә müәyyәn edilmişdir ki, beynәlxalq ticarәt vә iqtisadi әmәkdaşlığı balanslaşdıran hüquqi bazanı formalaşdırmaq, çoxtәrәfli dövlәtlәrarası razılaşma sistemi ilә beynәlxalq uyğunluq yaratmaq, inzibati metodlardan daha çox iqtisadi metodlara üstünlük vermәk, beynәlxalq biznesin tәnzimlәnmәsinin mәlumat-kommunikasiya sisteminin şәffaflıq sәviyyәsini yüksәltmәk vacibdir. Acar sözlәr: beynәlxalq biznes, beynәlxalq tәşkilatlar, ÜTT, BTP.Giriş Beynәlxalq hüquq münasibәtlәrinin tarixi müxtәlif sosial qrupların siyasi, iqtisadi, mәdәni vә digәr sahәlәrdә daimi qarşılıqlı әlaqәsini nümayiş etdirir, dövlәtlәr vә vәtәndaşlar arasında mübadilә aparır, onlar da öz növbәsindә dövlәt sәrhәdindәn kәnara çıxan bütün proseslәrin tәmin edilmәsindә maraqlıdırlar.Sәrhәdlәr, әmәkdaşlıq vә mübahisәlәr müәyyәn qaydalar әsasında hәyata keçirilir.Bu problemlәrin hәllindә müasir dünyanın müxtәlif hüquqi institutlarının qarşılıqlı әlaqәlәrinin vә qarşılıqlı asılılığının artması, bәşәr sivilizasiyasına qlobal çağırışların kәskinlәşmәsi ilә bağlı olan beynәlxalq iqtisadi münasibәtlәrin tәnzimlәnmәsi xüsusi әhәmiyyәt kәsb edir.Müasir şәraitdә siyasi, sosial-iqtisadi, mәdәni, hüquqi vә digәr sahәlәrdә baş verәn hadisәlәrә, dinamik, sistemli vә elmi araşdırmalara vә plüralist hüquq dәrkinә, milli dövlәt sәviyyәsindә hüquqi dövlәtlә beynәlxalq hüquq siyasәti kontekstindә dövlәt vә dövlәtlәrarası sәviyyәlәrin qarşılıqlı reaksiyasına ehtiyac var.Beynәlxalq biznes nәzәriyyәlәri vә biznes problemlәri.Beynәlxalq biznes nәzәriyyәsi haqqında elmi fikir yürüdәrkәn, mövzunun әhatә dairәsi geniş olduğu üçün bir neçә әsas anlayışı vә nәzәriyyәni daxil etmәk lazımdır.Bu nәzәriyyәlәr beynәlxalq biznesin inkişafı, müxtәlif ölkәlәrdәki müәssisәlәrin fәaliyyәtini izah etmәk vә qlobal bazarda iştirak etmәk üçün istifadә edilәn strategiyaları anlamaq üçün әsas rol oynayır.Aşağıda bәzi vacib nәzәriyyәlәr vә mövzular haqqında mәlumat verilib.Beynәlxalq Ticarәt Nәzәriyyәlәri.Beynәlxalq biznesin әsasını beynәlxalq ticarәt nәzәriyyәlәri
Fields of Study & Subjects
Globalization
Economics
and Policies
Global Political and Economic Relations
World Trade Organization Law
Publication details
- Journal / source
- Civilization
- Publication date
- 27 March 2026
- Language
- TR