Kommersiya banklarında daxili auditin metodikasının tәkmillәşdirilmәsi

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

KOMMERSİYA BANKLARINDA DAXİLİ AUDİTİN METODİKASININ TӘKMİLLӘŞDİRİLMӘSİXülasә Tәdqiqatın mәqsәdi -banklarda daxili auditin metodikasının tәkmillәşdirilmәsi istiqamәtlәrinin müәyyәn edilmәsi.Tәdqiqatın metodologiyası -sistemli yanaşma, tәhlil vә problemә dair müxtәlif mövqelәrin ümumilәşdirilmәsi.Tәdqiqatın tәtbiqi әhәmiyyәti -ölkәmizin bank sistemindә daxili auditin tәşkili vә inkişaf etdirilmәsi istiqamәtindә istifadә oluna bilәr.Tәdqiqatın nәticәlәri -ayrı-ayrı tәdqiqat mәnbәlәrindә mövcud olan yanaşmaların tәhlili vә araşdırılması vasitәsilә problemin hәllinә yeni münasibәt formalaşdırılmış, tәdqiqatın әsas istiqamәti üzrә yeni metodika müәyyәnlәşdirilmişdir.Açar sözlәr: daxili nәzarәt, daxili nәzarәtin formaları, audit, bank auditi, daxili nәzarәtin metodları, daxili nәzarәtin sәmәrәliliyi.Giriş Dünya tәcrübәsi göstәrir ki, bank sistemlәrinin fәaliyyәtinin әsas vәziyyәtini xarakterizә edәn göstәricilәrin zәruri sәviyyәsinin tәmin edilmәsi çoxsaylı amillәrdәn asılıdır.Hәmin amillәrdәn biri dә sistemdә daxili auditin düzgün tәşkil olunmasından, onun sәmәrәli nәticәlәrә gәtirib çıxaran parametrlәrә malik olmasından ibarәtdir.Bank sistemlәrinin fәaliyyәt nәticәlәri göstәrir ki, hәm bütövlükdә sistemdә, hәm dә ayrı-ayrı banklarda onların fәaliyyәt miqyaslarına vә elәcә dә spesifik xüsusiyyәtlәrinә cavab verәn daxili nәzarәt sisteminin mövcud olması müasir dövrün әn mühüm tәlәblәrindәn biridir.Bunu yaradan zәrurәt isә bank bazarında mövcud olan rәqabәtin güclәnmәsindәn, müştәrilәrlә münasibәtdә daha etibarlı sәviyyәdә bank xidmәtlәrinә ehtiyac olmasından, likvidliyin yüksәk sәviyyәdә olması tәlәbindәn irәli gәlir.Bank bazarının müasir inkişaf mәrhәlәsindә hәr bir müştәri bank seçәrkәn diqqәt ayırdığı mühüm mәsәlәlәr bankın etibarlılığı sәviyyәsi, onun bazardakı mövqeyi vә müştәrilәrlә qarşılıqlı münasibәtlәrin sәviyyәsindәn ibarәtdir.Eyni zamanda bütövlükdә bank sisteminin, elәcә dә ayrılıqda götürülmüş hәr bir kredit tәşkilatının yüksәk sәviyyәdә tәşkil olunması vacib şәrt kimi mühüm rol oynayır.Ayrı-ayrılıqda götürülmüş hәr bir bankda vә elәcә dә bütövlükdә bank sistemindә sәmәrәliliyin tәmin edilmәsi mәqsәdilә daxili nәzarәtin audit vasitәsilә düzgün tәşkili, idarә olunması bank menecmenti qarşısında duran әn mühüm mәsәlәlәrdәn birinә çevrilmişdir.Bu prosesin uğurla hәyata keçirilmәsi üçün operativ qaydada әldә edilәn vә elәcә dә dәqiq, etibarlı hesabat mәlumatları xüsusi әhәmiyyәt kәsb edir ki, bu da daxili audit vasitәsilә әldә olunur. Bank auditi vә onun әhәmiyyәtiMәlum olduğu kimi, bazaryönümlü iqtisadiyyat şәraitindә bank bazarı infrastrukturunun әn zәruri vә vacib elementlәrindәn biri dә bank auditini hәyata keçirәn subyektlәrdәn ibarәtdir.Auditor subyektlәri digәr nәzarәt, tәnzimlәmә vә yoxlama orqanları kimi ölkәdә mövcud olan bank sisteminin normal fәaliyyәt göstәrmәsi istiqamәtindә mühüm göstәricilәrә nail olması üçün xüsusi fәaliyyәtlә mәşğuldurlar.Hәmin göstәricilәrә bank sisteminin likvidliyi, sistemin dayanıqlığının güclәndirilmәsi, fәaliyyәt istiqamәtlәrinin genişlәndirilmәsi, rәqabәt qabiliyyәtinin möhkәmlәndi-

Fields of Study & Subjects

Auditing Earnings Management Governance Accounting and Financial Management Banking stability regulation efficiency

Publication details

Journal / source
Civilization
Publication date
27 March 2026
Language
AZ