İnformasiya müdafiәsi texnologiyası

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

İNFORMASİYA MÜDAFİӘSİ TEXNOLOGİYASI XülasәTәdqiqatın mәqsәdi -informasiya müdafiәsi texnologiyalarının (IMT) inkişaf perspektivlәrini araşdırmaq, mövcud problemlәri müәyyәnlәşdirmәk vә süni intellekt (AI), maşın öyrәnmәsi (MÖ) vә blokçeyn texnologiyalarının kibertәhlükәsizlik sahәsindә potensial tәtbiqlәrini qiymәtlәndirmәkdir.Tәdqiqatın metodologiyası -Tәdqiqatda analiz, sintez, müqayisә vә ümumilәşdirmә metodlarından istifadә olunmuşdur.Eyni zamanda, IMT sahәsindәki mövcud elmi әdәbiyyatlar vә praktik tәdqiqatlar araşdırılaraq müqayisәli tәhlillәr aparılmışdır.Tәdqiqatın tәtbiqi әhәmiyyәti -tәdqiqatın nәticәlәri informasiya tәhlükәsizliyi sahәsindә fәaliyyәt göstәrәn mütәxәssislәr, dövlәt qurumları vә özәl şirkәtlәr üçün faydalı ola bilәr.Xüsusilә, süni intellekt vә maşın öyrәnmәsi әsaslı tәhlükәsizlik tәdbirlәrinin tәtbiqi ilә bağlı yeni yanaşmalar tәqdim edilir.Tәdqiqatın nәticәlәri -Araşdırmanın nәticәlәrinә әsasәn, mövcud IMT metodları bәzi kibertәhlükәlәrә qarşı qeyri-kafi qala bilәr.Süni intellekt vә maşın öyrәnmәsi әsaslı sistemlәrin tәhlükәsizlik sahәsindә effektivliyi göstәrilmiş vә blokçeyn texnologiyasının informasiya tәhlükәsizliyi üçün potensial istifadәsi tәhlil edilmişdir.Tәdqiqatın orijinallığı vә elmi yeniliyi -tәdqiqat IMT sahәsindә süni intellekt vә blokçeyn texnologiyalarının gәlәcәk tәtbiq perspektivlәrini sistemli şәkildә araşdıran mәqalәlәrdәn biridir.Yeni texnologiyaların kibertәhlükәsizliyә inteqrasiyası vә onların effektivliyi ilә bağlı elmi әsaslandırmalar tәqdim edilmişdir.Açar sözlәr: İnformasiya müdafiәsi texnologiyası, kibertәhlükәsizlik, mәlumat sızıntıları, süni intellekt, kvant şifrәlәmә, texnoloji irәlilәyişlәr, potensial tәhlükәlәr. GirişMüasir dövrdә informasiya tәhlükәsizliyi hәr bir tәşkilatın vә müәssisәnin fәaliyyәtinin ayrılmaz hissәsinә çevrilmişdir.İnformasiyanın qorunması müәssisәlәr üçün tәkcә texniki deyil, eyni zamanda hüquqi, maliyyә vә tәşkilati aspektlәri әhatә edәn vacib bir sahәdir.Mәlumat sızıntıları, kibertәhlükәlәr vә digәr risklәr tәşkilatların etibarlılığına, maliyyә göstәricilәrinә vә iş proseslәrinin davamlılığına ciddi tәsir edә bilәr.Bu baxımdan, informasiya müdafiәsi müәssisәlәrin uğurlu vә dayanıqlı fәaliyyәt göstәrmәsi üçün vacib elementlәrdәn biridir.İlk növbәdә, informasiya tәhlükәsizliyinin әsas istiqamәtlәrindәn biri mәlumatların tәhlükәsizliyi vә qorunmasıdır.Müasir texnologiyaların inkişafı vә internetin geniş yayılması nәticәsindә mәlumatların icazәsiz әldә edilmәsi vә oğurlanması riski әhәmiyyәtli dәrәcәdә artmışdır.İnformasiya müdafiәsi bu mәlumatların gizliliyini qorumaq üçün mühüm rol oynayır.Şәxsi mәlumatların

Fields of Study & Subjects

Cybersecurity and Information Systems Information and Cyber Security Computer Science and Engineering

Publication details

Journal / source
Civilization
Publication date
26 March 2026
Language
AZ