Nәqliyyat-logistikanın tәşkilati-iqtisadi mexanizmlәrinin tәnzimlәnmәsi vә tәkmillәşdirilmәsi

Read full text Summarise with VIRAT
Cited by: 0
References: 4

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

XülasәTәdqiqatın mәqsәdi -nәqliyyat-logistikanın tәşkilati-iqtisadi mexanizmlәrinin tәnzimlәnmәsi vә tәkmillәşdirilmәsinin tәdqiqindәn ibarәtdir.Tәdqiqatın metodologiyası -baxımından analiz, sintez, müqayisәli tәhlil vә ümumilәşdirmә metodlarından istifadәyә yer verilmişdir.Bunlarla yanaşı, nәqliyyat-logistikanın tәşkilati-iqtisadi mexanizmlәrinin tәnzimlәnmәsi üzrә tәdqiqatların nәticәlәrinә istinadlar olunmuşdur.Tәdqiqatın tәtbiqi әhәmiyyәti -nöqteyi-nәzәrindәn qeyd edә bilәrik ki, nәqliyyat-logistikanın mexanizmlәrinin hazırlanması müәyyәn fayda verә bilәr.Tәdqiqatın nәticәlәri -yeni şәraitdә mәqalәdә verilmiş tәkliflәrdәn nәqliyyat-logistikanın tәşkilati-iqtisadi mexanizmlәrinin tәkmillәşdirilmәsindә istifadә edilmәsi mümkündür.Tәdqiqatın orijinallığı vә elmi yeniliyi -baxımından, ilk növbәdә qlobal çağırışlar şәraitindә Azәrbaycanda nәqliyyat-logistikanın mexanizmlәrinin yeni tәlәblәrә uyğunlaşdırılmasının konseptual әsasları vә fәaliyyәt istiqamәtlәri müәyyәnlәşdirilmişdir.Eyni zamanda, nәqliyyatlogistikanın maksimum tәkmillәşdirilmәsinin vacibliyi әsaslandırılmış, bunlarla bağlı tövsiyәlәr hazırlanmış vә tәkliflәr verilmişdir. Açar sözlәr: Azәrbaycan, nәqliyyat-logistika sistemi, nәqliyyat, logistika, nәqliyyat-logistikanın tәşkilati-iqtisadi mexanizmlәri, nәqliyyat-logistikanın müasir problemlәri. GirişNәqliyyat-logistika xidmәtlәrinә tәlәbatın artdığı bir şәraitdә bu xidmәtlәri göstәrәn subyektlәrin fәaliyyәtinin әlaqәlәndirilmәsi, tәnzimlәnmәsi, nәzarәti, problemlәrin aradan qaldırılması vә tәşviqi kimi mәsәlәlәr ortaya çıxmışdır.Bu da hәmin subyektlәrin fәaliyyәtinin tәşkilati-iqtisadi mexanizminin dövlәt sәviyyәsindә tәnzimlәnmәsi üçün zәruri vasitәlәrin olmasını vә onun daimi әsasda tәkmillәşdirilmәsini tәlәb edir.Tәşkilati-iqtisadi mexanizm normativ-hüquqi sәnәdlәr, tәşkilati struktur, hәvәslәndirici motivlәr, metodlar, tәdbirlәrdir.Tәşkilati-iqtisadi mexanizm nә qәdәr yaxşı vә düzgün tәşkil olunarsa, müәssisә, sahә, region vә ölkә bir o qәdәr yaxşı nәticәlәr әldә edәr.Çünki, tәşkilati-iqtisadi mexanizm rәqabәt qabiliyyәtini yüksәldir, әhalinin istehlakını tam ödәyir, daha çox gәlir әldә edir.Nәqliyyat-logistika sisteminin düzgün tәşkili vә xidmәtlәrin ölkәnin ÜDM-dә xüsusi çәkisinin artırılması bu sahәdәki tәşkilati-iqtisadi mexanizmdәn xeyli dәrәcәdә asılıdır.Odur ki, nәqliyyat-logistika sisteminin tәşkilati-iqtisadi mexanizmlәrinin tәkmillәşdirilmәsini zәruri hesab edirik.Nәqliyyat-logistika sistemi mövcud resurs mәhdudiyyәtlәri daxilindә mәqbul sәviyyәdә etibarlılıq vә xidmәtlәrin keyfiyyәti ilә maksimum iqtisadi effekt әldә etmәyә imkan verәn bir sistemdir [1, s. 8].Sistemin bütün göstәricilәrinin effektiv vә idarә olunan artımı hesabına inkişafı mümkündür.Hazırda iqtisadi sistemlәrin tәdqiqindә vә onların strukturlaşdırılmasında aktual sahәlәrdәn biri dә nәqliyyat vә logistika altsistemlәrinin qurulmasıdır.Onların çәrçivәsindә tәsәrrüfat subyektlәrinin әmtәәlәrin satıcıdan istehlakçıya çatdırılmasının proqnozlaşdırılması, planlaşdırılması, nәzarәti vә reallaşdırılması ilә bağlı qarşılıqlı әlaqәsi üçün xüsusi idarәetmә funksiyaları yerinә yetirilir.Nәqliyyat-logistika sisteminin dayanıqlı fәaliyyәti, ilk öncә, nәqliyyat-logistika infrastrukturunun sürәtli inkişafı, malların çatdırılması üçün yeni sәmәrәli sxemlәr olmadan bütün istehlakçılar üçün nәqliyyat xidmәtlәrinin әlçatanlığına zәmanәt vermәk mümkün deyil.

Fields of Study & Subjects

Transport and Logistics Innovations Legal and Regulatory Analysis Railways and European Transport Policy

Publication details

Journal / source
Civilization
Publication date
26 March 2026
Language
TR