Aqrar iqtisadiyyatın dövlәt tәrәfindәn tәnzimlәnmәsinin sahәnin dayanıqlı inkişafına tәsiri

Read full text Summarise with VIRAT
Cited by: 0
References: 7

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

XülasәTәdqiqatın mәqsәdi -Aqrar sahәnin tәnzimlәnmәsinin aqrar iqtisadiyyatın dayanıqlı inkişafina tәsirini aşkar etmәkdәn ibarәtdir.Tәdqiqatın metodologiyası -Bu tәdqiqatda dayanıqlı iqtisadi inkişafa, aqrar iqtisadiyyatın dayanıqlılığına dair iqtisadi әdәbiyyat vә aqrar sahәnin dövlәt tәnzimlәmәsinә aid dövlәt sәnәdlәri araşdırılmışdır.Ölkә iqtisadiyyatı vә aqrar sahәnin inkişaf tendensiyaları tәhlil edilmişdir.Hәmçinin Azәrbaycanda aqrar siyasәtin dayanıqlı inkişaf prinsiplәri baxımından qiymәtlәndirilmәsi aparılmışdır.Tәdqiqat prosesindә monoqrafiya, abstrakt-mәntiqi, tәhlil vә qiymәtlәndirmә üsullarından istifadә edilmişdir.Tәdqiqatın tәtbiqi әhәmiyyәti -Cәmiyyәtin vә iqtisadiyyatın inkişafının müasir tendensiyaları dayanıqlı inkişaf konsepsiyası üzәrindә cәrәyan edir.Mәqalәdә aqrar sahәnin dayanıqlı inkişaf konsepsiyasının reallaşdırılmasında әhәmiyyәtindәn bәhs olunur.Aqrar sahәnin inkişafı isә dövlәt dәstәyi nәticәsindә daha da dayanıqlı vә davamlı şәkil alır.Tәdqiqatın nәticәlәri -Tәdqiqat nәticәsindә aqrar sahәnin dövlәt tәrәfindәn tәnzimlәnmәsinin iqtisadiyyatın davamlı inkişadına tәsiri aşkar edilmişdir.Bu mәsәlәnin mahiyyәti Azәrbaycan misalında açıqlanmışdır.Tәdqiqatın elmi yeniliyi -Tәdqiqatın elmi yeniliyi ondan ibarәtdir ki, dayanıqlı inkişaf Konsepsiyası iqtisadi әdәbiyyatda vә elmi işlәrdә geniş vә hәrtәrәfli müzakirә edilmәsinә baxmayaraq, dayanıqlı inkişafa verilәn kontekstdә ilk dәfә baxılır.Açar sözlәr: davamlı inkişaf, kәnd tәsәrrüfatı sektoru, ekoloji davamlılıq, iqtisadi dayanıqlıq, sosial davamlılıq, dövlәt tәnzimlәnmәsi.Giriş Dayanıqlı inkişaf termini ictimai-siyasi dairәlәrdә BMT-nin 1992-ci ilin iyununda Rio-de-Janeyroda dövlәt vә hökumәt başçıları sәviyyәsindә keçirilәn Әtraf mühitin problemlәri vә inkişafına dair Konfransından sonra geniş miqyasda istifadә olunmağa başladı.Bu konfransın nәticәsindә "XXI yüzillikdә hәrәkәtlәr proqramı" adlı sәnәd qәbul edilmişdir.Bu sәnәddә dünya iqtisadiyyatının dayanıqlı inkişafa keçidi strategiyası rәsmi olaraq tәqdim edilmişdir.Dayanıqlı inkişaf dedikdә sosial-iqtisadi inkişafın elә bir modeli başa düşülür ki, burada indiki nәslin hәyat tәlәbatları ödәnilir vә gәlәcәk nәsillәr tәbii resursların bitmәsi vә әtraf mühitin deqradasiyası nәticәsindә bu imkandan mәhrum olmurlar.[3].XXI әsrdә iqtisadiyyatın aqrar sektoru bir neçә tәmәl problemlәrlә qarşılaşmışdır.Bu problemlәr onun dayanıqlı inkişafına mane olur.Bu problemlәrin çoxu BMT-nin Dayanıqlı inkişafın mәqsәdlәrindә öz әksini tapmışdır.[6].Dayanıqlı inkişaf müxtәlif adamlar üçün ayrı-ayrı mәna verir.

Fields of Study & Subjects

Agricultural Development and Policies Agricultural economics and policies Agriculture Market Analysis Ukraine

Publication details

Journal / source
Civilization
Publication date
26 March 2026
Language
TR