Sәnaye sahәlәrinin davamlı strateji inkişafında innovasiya-investisiya layihәlәrinin rolu vә iqtisadi әsaslandırılması mәsәlәlәri

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

Tәdqiqatın mәqsәdi -sәnaye sahәlәrinin iqtisadi inkişafında innovasiya-investisiya layihәlәrinin rolunun tәdqiqi vә sәmәrәliliyinin qiymәtlәndirilmәsi mexanizminin işlәnmәsidir.Tәdqiqatın metodologiyası -tәdqiqatın gedişindә müxtәlif tәhlil üsullarından, o cümlәdәn mәntiqi ümumilәşdirmә, müqayisәli tәhlil, statistik araşdırma vә digәr müasir üsullardan istifadә edilmişdir.Tәdqiqatın tәtbiqi әhәmiyyәti -sәnaye sahәlәrinin dayanıqlı inkişafında innovasiya-investisiya layihәlәrinin rolunu nәzәrә alaraq, layihәlәrin sәmәrәli idarә edilmәsi perspektivlәri vә layihәlәrin tәtbiqi nәticәsindә әldә olunan sәmәrәnin daha da yüksәldilmәsi mexanizmini sәnaye müәssisәlәrindә tәtbiq etmәk.Tәdqiqatın nәticәsi -sәnaye sahәlәrinin strateji inkişafı prosesindә innovasiya layihәlәrinin sәmәrәli tәtbiqinin tәşkili xüsusiyyәtlәrinin vә sәnaye müәssisәsinin davamlı inkişaf strategiyasının modelinin araşdırılmasıdır.Tәdqiqatın orijinallığı vә elmi yeniliyi -sәnaye sahәlәrinin strateji inkişafı üçün innovasiyainvestisiya layihәlәrindәn mәqsәdәuyğun istifadәnin iqtisadi mexanizmi tәklif edilmişdir.Açar sözlәr: investisiya, innovasiya, strategiya, layihә, sәmәrәlilik.Giriş Hәr bir regionun öz inkişaf potensialı var ki, bu da böyük ölçüdә investisiya resurslarının sәrmayәsi hesabına tәmin edilir.Regional inkişafa inzibati-әrazi әsasları üzrә tәsәrrüfat subyektlәrinin maliyyәlәşdirilmәsi, sosial obyektlәrә investisiyaların qoyulması, elәcә dә rayonun infrastrukturuna investisiyaların qoyulması daxildir.Bununla belә, regionun inkişafına mane olan bir sıra problemlәr var.Bunlara ictimai vә sosial infrastrukturun maliyyәlәşdirilmәsi üçün büdcә vәsaitlәrinin çatışmazlığı, elәcә dә cәlb edilmiş kredit kapitalının dәyәrinin yüksәk olması vә özünü maliyyәlәşdirmә ehtiyacları üçün sahibkarlıq subyektlәrinin öz vәsaitlәrinin çatışmaması daxildir.Bundan әlavә, regiona investisiyaların cәlb edilmәsi mexanizminin özü, investisiya vә innovasiya layihәlәrinin qәbulu vә әsaslandırılması prosesi, onların sәrmayә qoyuluşu, layihәlәrin müәyyәn regionda lokallaşdırılması ilә bağlı bir sıra tәdbirlәrin görülmәsi vә hәmçinin, regionun bütün subyektlәri, xüsusәn dә әrazinin özündә yerlәşәn innovasiya infrastrukturu subyektlәri, o cümlәdәn regiondakı iri müәssisәlәr, kiçik vә orta biznes vә ali tәhsil müәssisәlәri üçün innovasiya vә investisiya fәaliyyәtinin intensivlәşdirilmәsi zәruridir.[2, s.226] Sәnayenin davamlı vә dayanıqlı inkişafında innovasiya vә investisiya layihәlәrinin әhәmiyyәti vә tәşkili xüsusiyyәtlәriRegion daxilindә hәyata keçirilәn innovasiya vә investisiya fәaliyyәti müxtәlif növ, mәzmun

Fields of Study & Subjects

Economic and Industrial Development Business and Economic Development Sustainability and Innovation in Business

Publication details

Journal / source
Civilization
Publication date
25 March 2026
Language
TR