Azәrbaycanın iqtisadi inkişafında müәssisә kapitalının iştirakının müasir vәziyyәtinin araşdırılması

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

Tәdqiqatın mәqsәdi: Bir çox tәdqiqat işlәrindә hәm müәssisә kapitalının, hәm dә milli iqtisadiyyatın inkişafının çoxsaylı mәsәlәlәri araşdırılmışdır.Bununla belә, müәssisә kapitalının ölkәnin milli iqtisadiyyatının inkişafında nә kimi rol oynaması kifayәt qәdәr araşdırılmamışdır.Bu mәqalә tәdqiqatçıların diqqәtinin belә bir mәsәlәyә yönәldilmәsinә xidmәt edir.Tәdqiqatın metodologiyası -sistemli yanaşmaya vә müqayisәli tәhlilә әsaslanmaqla, ölkәdә hәyata keçirilmiş iqtisadi islahatlara dair dövlәt proqramları vә onların nәticәlәrinin araşdırılmasından, hәmçinin müәssisәnin kapitalına vә onun iqtisadi inkişafla bağlılığına dair müxtәlif tәdqiqat işlәrindә әks olunmuş nәzәri müddәaların ümumilәşdirilmәsindәn ibarәtdir.Tәdqiqatın tәtbiqi әhәmiyyәti: Bu tәdqiqat işi milli iqtisadiyyatın gәlәcәk inkişafının tәmin edilmәsi üçün mütәxәssis vә tәdqiqatçıların diqqәtini ayrı-ayrı müәssisәlәrin kapitalının artırılmasına vә onun idarәetmә sәmәrәliliyinin daha da yüksәldilmәsinә fokuslandıracaq vә bununla da prioritet istiqamәtlәrdә hәdәflәnәn iqtisadi inkişaf sәviyyәsinә çatmağa müsbәt tәsir göstәrәcәkdir.Tәdqiqatın nәticәlәri: Müәssisә kapitalının hәcmi ilә milli iqtisadiyyatın inkişaf göstәricilәri arasında dәstәklәyici әlaqәlәrin olması diqqәtә çatdırılmışdır.Tәdqiqatın orijinallığı vә elmi yeniliyi: Müәssisә kapitalının mövcud vәziyyәti ilә milli iqtisadiyyatın inkişaf göstәricilәri arasında birbaşa әlaqәnin olmasının vә ayrı-ayrı müәssisәlәrdә kapitalın artırılmasının ölkәnin ümumi iqtisadi inkişafına müsbәt tәsir göstәrmәsinin әsaslandırılmasından ibarәtdir. Açar sözlәr: müәssisәnin kapitalı, iqtisadi inkişaf, maliyyә resursları, ÜDM-in artımı.Giriş Hәr bir iqtisadi tәrәqqini әsaslandıran başçıla amillәrdәn biri dә müәssisә kapitalıdır.Müәssisә kapitalı müәssisәlәrin müxtәlif istiqamәtlәrdә fәaliyyәtlәrini hәyata keçirmәk, istehsal etmәk, xidmәt göstәrmәk, bazarda rәqabәt mübarizәsi aparmaq üçün zәruri olan maliyyә vәsaitlәrini ifadә edir.Müәssisә kapitalı, hәmçinin ölkәnin ümumi iqtisadi inkişafının sürәtlәnmәsindә mühüm rol oynayaraq, iqtisadi inkişafa, iqtisadi artıma, mәşğulluğun tәmin olunmasına, innovasiyaların tәtbiqinә tәkan verir.Ümumilikdә isә, müәssisәnin kapitalı, aktivlәrә yatırılan vә gәlir gәtirәn maliyyә vәsaitidir.Aktivlәr isә müәssisәnin әmlakını, pul vәsaitini, hәmçinin әsas vә dövriyyә vәsaitlәrini özündә birlәşdirir.Hәr bir müәssisәnin maliyyә resursları xüsusi borc vә cәlb olunmuş pul vәsaitlәrinin cәmindәn ibarәtdir ki, bu vәsaitlәrdәn istifadәdә әsas mәqsәd maliyyә öhdәliklәrinin yerinә yetirilmәsi, cari xәrclәrin qarşılanması vә kapitalın genişlәndirilmәsi üçün lazımi xәrclәrin maliyyәlәşdirilmәsidir.Tәsәrrüfat fәaliyyәtini uğurla hәyata keçirmәk üçün hәr bir müәssisә müәyyәn miqdarda әmlaka malik olmalıdır ki, bu әmlak da hәmin müәssisәnin mülkiyyәtindә vә sәrәncamında olur.Müәssisәnin әmlakı onun aktivlәrini tәşkil edir vә bu aktivlәr iqtisadi resurslar olaraq, mәnfәәt әldә etmәk mәqsәdilә tәsәrrüfat fәaliyyәtindә istifadә olunur.Kapital, әsasәn, aktivlәrә qoyulan vә gәlir gәtirәn vәsaitdir, aktivlәr isә әsas vә dövriyyә kapitalından, әmlakdan vә pul

Fields of Study & Subjects

Economic and Industrial Development Post-Communist Economic and Political Transition Economic Development and Regional Competitiveness

Publication details

Journal / source
Civilization
Publication date
25 March 2026
Language
TR