Abstract
XülasәTәdqiqatın mәqsәdi Azәrbaycanın aqrar sahәsindә ixrac potensialının yüksәldilmәsinin nәzәri baxımdan tәdqiq edilmәsidir.Tәdqiqatın metodologiyası -әsas etibarı ilә elmi abstraksiya, sintez, müqayisәli tәhlil vә ümumilәşdirmә metodlarından ibarәtdir.Bunlarla bәrabәr, aqrar sahәnin potensialı vә onun inkişafında ixracın rolu istiqamәtindә aparılmış tәdqiqatlara istinadlar verilmişdir.Tәdqiqatın tәtbiqi әhәmiyyәti kimi ilk növbәdә müasir dövrdә aqrar sahәdә ixrac potensialının yüksәldilmәsi mәqsәdilә daha üstün mexanizmlәrin hazırlanması nәzәrdә tutulur.Tәdqiqatın nәticәlәri -hazırkı şәraitdә alınmış nәticәlәrdәn aqrar sahәnin inkişafında vә onun ixrac potensialının artırılmasında daha tәsirli tәdbirlәrin tәşkili mәqsәdilә istifadә etmәk imkanı ilә bağlıdır.Tәdqiqatın orijinallığı vә elmi yeniliyi özünü aqrar sahәnin inkişafında ixrac potensialının artırılmasının vacibliyinin elmi arqumentlәrlә әsaslandırılmasında daha çox büruzә verir.Bundan әlavә, iqtisadiyyatın şaxәlәndirilmәsindә vә ölkәnin әrzaq tәhlükәsizliyinin güclәndirilmәsindә aqrar sahәnin strateji rolundan yanaşmaqla, onun ixrac potensialının yüksәldilmәsi üzrә tәkliflәr hazırlanmışdır.Açar sözlәr: Azәrbaycan, aqrar sahә, ixrac, ixrac potensialı, aqrar sahәnin inkişaf problemlәri, aqrar sahәnin ixrac potensialı, ixrac potensialının yüksәldilmәsi. GirişAqrar sahә ölkәnin sosial, iqtisadi vә siyasi hәyatda önәmli yer tutan milli iqtisadiyyatın әn iri sahәlәrindәn biridir.Aqrar sahә fәaliyyәtinin spesifikliyi ondan ibarәtdir ki, o, yalnız bazar mexanizmlәrinin istifadәsini deyil, habelә reproduktiv proseslәrә tәsir edә bilәn digәr tәdbirlәri dә nәzәrdә tutur.Bazar iqtisadiyyatının dinamik şәraitindә aqrar sahә müәssisәlәrinin sәmәrәli inkişafının tәmin edilmәsi onların mürәkkәb sosial-iqtisadi sistemlәr kimi dәrindәn öyrәnilmәsini zәruri edir.Elmi әdәbiyyatda aqrar sahәnin inkişaf tendensiyalarına mühüm diqqәt yetirilir.Bir çox müәlliflәr aqrar sahәdә islahatların aparılması problemlәrinә vә onun әsas istiqamәtlәrinin inkişafına, elәcә dә nәticәlәrinә toxunur.Müasir elmi tәdqiqatlar aqrar sahәyә investisiya qoyuluşu, hәmin sahә mәhsullarının daxili vә beynәlxalq bazarlarda layiqli yer tutması üçün sәnayenin dövlәt dәstәyi alәtlәri, әrzaq tәhlükәsizliyinin tәmin edilmәsi mәsәlәlәrinә hәsr olunub [6, s.87].Son onilliklәrdә Azәrbaycanda intensivlәşәn iqtisadi vә sosial proseslәr tәbii vә әmәk ehtiyatlarından sәmәrәli istifadә, işsizliyin, inflyasiyanın, büdcә kәsirinin azaldılması, әhalinin yaşayış sәviyyәsinin yüksәldilmәsi, mәhsul istehlakçıları ilә onların tәchizatçıları arasında münasibәtlәrin yaxşılaşdırılması, istehsal hәcminin artırılması, әtraf mühitin çirklәnmәsinin qaşısının alınması vә s. kimi problemlәrin hәllini zәruri edir.Hәmin problemlәrin hәlli, ilk öncә, aqrar sahәnin inkişafı baxımından çox vacibdir.Bu baxımdan aqrar sahәnin inkişaf xüsusiyyәtlәrinin vә onun ixrac potensialının yüksәldilmәsinin nәzәri әsaslarının öyrәnilmәsi zәruri hesab olunur.İqtisadiyyatın, o cümlәdәn aqrar sahәnin inkişafına müәyyәn nәzәri yanaşmalar insan cәmiyyәtinin yaranması ilә bәrabәr meydana çıxmışdır. Ölkәnin aqrar sferasında ixrac potensialının artırılması imkanlarıAqrar sektorun әsas sahәlәrindәn biri kәnd tәsәrrüfatıdır ki, onun әsas mәqsәdi ölkәnin bütün