Abstract
Tәdqiqatın mәqsәdi kәnd tәsәrrüfatı istehlak mәhsulları bazarının inkişafı vә rәqabәtqabiliyyәtli istehsalın stimullaşdırılması mәsәlәlәrini kompleks şәkildә tәhlil etmәkdir.Sahәnin milli iqtisadiyyat vә әrzaq tәhlükәsizliyi baxımından strateji әhәmiyyәtini ön plana çәkmәk, bazarın sәmәrәli fәaliyyәtinin yalnız istehsalla deyil, hәm dә mәhsulların bazara çıxarılması, satış infrastrukturu vә qiymәt siyasәti ilә sıx bağlı olduğunu әsaslandırmaqdır.Tәdqiqatın metodologiyası -tәdqiqatın aparılması zamanı nәzәri mühakimә, sistemli yanaşma, ümumilәşdirmә, analiz vә müqayisәli tәhlil metodlarından bәhrәlәnilmişdir.Tәdqiqatın tәtbiqi әhәmiyyәti -mәqalәdә kәnd tәsәrrüfatı istehlak mәhsulları bazarının davamlı inkişafı üçün hüquqi tәnzimlәmә, texnoloji modernizasiya vә dövlәt-istehsalçı-istehlakçı әmәkdaşlığının güclәndirilmәsinin әhәmiyyәti vurğulanmaqla praktiki әhәmiyyәtә malik nәticәlәr әldә edilmiş vә müvafiq tәkliflәr irәli sürülmüşdür.Bundan başqa, özünütәminetmә sәviyyәsindә son illәrdәki statistik dәyişikliklәrә әsaslanaraq daxili istehsalın inkişaf meyillәri vә idxaldan asılılıq kimi aktual problemlәr tәhlil edilmişdir.Tәdqiqatın orijinallığı vә elmi yeniliyi -kәnd tәsәrrüfatı istehlak mәhsulları bazarının inkişafına vә rәqabәtqabiliyyәtli istehsala tәsir edәn amillәr yeni strukturda vә kompleks şәkildә tәdqiq edilmiş, tәsiredici amillәr konkretlәşdirilmişdir.Rәqabәtqabiliyyәtli istehsalın tәşkilindә qiymәt siyasәtinin rolu araşdırılmış vә istehlak mәhsulları bazarında rәqabәtqabiliyyәtli yerli mәhsul istehsalının xüsusi çәkisinin yüksәldilmәsi üzrә müәyyәn mәsәlәlәrә aydınlıq gәtirilmişdir.Açar sözlәr: kәnd tәsәrrüfatı mәhsulları, istehlak bazarı, rәqabәtqabiliyyәtlilik, әrzaq tәhlükәsizliyi, dövlәt siyasәti, özünütәminetmә sәviyyәsi, qiymәt siyasәti, idxaldan asılılıq. GirişMüasir dövrdә kәnd tәsәrrüfatı sektoru milli iqtisadiyyatın mühüm sahәlәrindәn biri olmaqla, әhalinin әrzaqla tәminatında vә әrzaq tәhlükәsizliyinin tәmin edilmәsindә vacib rol oynayır.Bu sahәnin mәhsullarının sәmәrәli şәkildә bazara çıxarılması, istehlakçılara әlçatan formada çatdırılması vә qiymәt tarazlığının qorunması iqtisadi inkişafın davamlılığı üçün strateji әhәmiyyәtә malikdir.Әhalinin sayının artması, urbanizasiya proseslәrinin sürәtlәnmәsi, geosiyasi rәqabәtin güclәnmәsi vә әn әsası qlobal iqlim dәyişikliklәri fonunda kәnd tәsәrrüfatı mәhsullarının davamlı istehsalı vә keyfiyyәtli şәkildә bazara çıxarılması daha da aktuallaşır.Kәnd tәsәrrüfatı istehlak mәhsulları bazarının sәmәrәli fәaliyyәt göstәrmәsi yalnız mәhsul istehsalı ilә deyil, hәm dә bu mәhsulların rәqabәtqabiliyyәtliliyinin artırılması, satış infrastrukturunun tәkmillәşdirilmәsi, daxili vә xarici bazarlara çıxış imkanlarının genişlәndirilmәsi ilә bilavasitә әlaqәlidir.Bu kontekstdә dövlәtin tәnzimlәyici funksiyası, institusional dәstәk mexanizmlәri, texnologiyaların tәtbiqi, aqrar sahәyә investisiyaların cәlbi vә fermerlәrin maariflәndirilmәsi kimi amillәr xüsusi әhәmiyyәtә malikdir [5, s.96-99].Bazar iştirakçılarının qarşılıqlı әlaqәlәrinin güclәndirilmәsi, logistika imkanlarının artırılması, mәhsulların saxlanması vә emalı sahәsindә müasir infrastrukturun yaradılması da kәnd tәsәrrüfatı mәhsullarının dәyәr zәncirindә sәmәrәliliyi artırmaqla onların rәqabәt üstünlüyünü möhkәmlәndirir.Üstәlik, istehlakçı tәlәbinin dәyişkәnliyini vә keyfiyyәt standartlarını nәzәrә alsaq, kәnd tәsәrrüfatı mәhsullarının istehsalında innovativ