Azərbaycanda ərzaq təhlükəsizliyi və onun təmin edilməsi yolları

Read full text Summarise with VIRAT

Summary

No summary yet. VIRAT can read this paper and write a plain-language summary of its aim, methods, key findings and limitations.

Summarise with VIRAT Free to try with your Science Catalogs account.

Abstract

Tәdqiqatın әsas mәqsәdi: Bu araşdırmanın әsas hәdәfi Azәrbaycanda әrzaq tәhlükәsizliyi ilә bağlı mövcud problemlәri vә qarşıya çıxan çağırışları dәrindәn tәhlil edәrәk, tәtbiq olunan normativ-hüquqi mexanizmlәrdәki boşluqları aşkarlamaq vә onların aradan qaldırılması üçün praktiki tövsiyәlәr tәqdim etmәkdir.Tәdqiqat metodologiyası: Araşdırma çәrçivәsindә tәsәrrüfat subyektlәrinin iqtisadi fәaliyyәtlәri sistemli şәkildә analiz olunmuş, statistik mәlumatlar ümumilәşdirilәrәk qruplaşdırılmış, funksional vә müqayisәli yanaşmalardan, habelә әrzaq tәhlükәsizliyinә dair tarixi inkişafın metodoloji aspektlәrindәn istifadә edilmişdir.Tәtbiqi әhәmiyyәt: Tәdqiqatın nәticәlәri milli iqtisadi tәhlükәsizliyin ayrılmaz hissәsi olan әrzaq tәhlükәsizliyi mәsәlәsinin elmi cәhәtdәn әsaslandırılmış şәkildә öyrәnilmәsinә vә әhalinin rifah sәviyyәsinin artırılmasına töhfә verir.Әldә edilәn nәticәlәr: Bu elmi iş әrzaq tәhlükәsizliyi ilә bağlı aktual problemlәri üzә çıxarmaqla yanaşı, hәm dә әrzaq tәchizatına dair dövlәt nәzarәt mexanizmlәrinin effektivliyini qiymәtlәndirmәyә imkan yaradır.Orijinallıq vә elmi yenilik: Tәdqiqatın fәrqlәndirici xüsusiyyәti ondan ibarәtdir ki, burada yerli aqrobiznes sahәlәrinә dair nümunә araşdırmaları aparılmış, elәcә dә xarici investisiyaların bölgәdә әrzaq tәhlükәsizliyi standartlarının yüksәldilmәsindәki rolu detallı şәkildә tәhlil olunmuşdur.Eyni zamanda, Azәrbaycanın aqrar әrzaq bazarının tәhlükәsizlik istiqamәtlәri vә istehsalın stimullaşdırılması yolları da elmi yenilik olaraq tәqdim olunmuşdur.Açar sözlәr: әrzaq tәhlükәsizliyi, aqrar sektor, kәnd tәsәrrüfatı siyasәti, xarici investisiya.Giriş Әrzaq tәhlükәsizliyi uzun illәrdir ki, insanların sosial rifahının qorunmasında әsas amillәrdәn biri kimi çıxış edir.Hazırda bu anlayış hәm inkişaf etmiş, hәm dә inkişafda olan dövlәtlәr üçün prioritet mәsәlә olaraq qalmaqdadır.İnkişaf etmiş ölkәlәrdә bu istiqamәtә verilәn önәm onların öz әrzaq istehsal imkanlarından sәmәrәli şәkildә istifadә edәrәk kompleks tәminat sistemlәri qurmasına sәbәb olmuşdur ki, bu da iqtisadi vә milli tәhlükәsizliyin möhkәmlәnmәsindә mühüm rol oynayır.İqtisadi әdәbiyyatda әrzaq tәhlükәsizliyi anlayışına müxtәlif yanaşmalar mövcuddur.Bu anlayışlar arasında әrzaq tәhlükәsizliyi iqtisadi, tәşkilati, texnoloji, sosial vә ekoloji faktorların qarşılıqlı tәsirindәn formalaşan bir sistem kimi qәbul olunur.Әhalinin balanslı vә sağlam qidalanma tәlәbatını ödәmәk üçün zәruri ehtiyatların formalaşdırılması vә әlavә istehsal imkanlarının yaradılması aqrar sahәnin davamlı inkişafı ilә mümkündür.Mәsәlәn, idxal olunan mәhsulların hәcmi yalnız daxili istehsalla әvәz edilә bilmәyәn 5-10%-lik hissәni tәşkil etmәlidir.[1,s.72; 3, s.102; 4,s.45]Digәr bir yanaşmaya görә, әrzaq tәhlükәsizliyi insanın sosial vә iqtisadi potensialını reallaşdırmaq üçün zәruri ilkin şәrtdir.Tәbii fәlakәtlәr, müharibәlәr, iqtisadi sarsıntılar bu tәhlükәsizliyi ciddi şәkildә poza bilәr.Qlobal miqyasda da әrzaq tәhlükәsizliyi artıq mühüm mәsәlәdir.Dövlәtlәr vә ictimaiyyәt әhalinin uzunmüddәtli vә fasilәsiz şәkildә sağlam qida ilә tәmin olunması üçün keyfiyyәt standartlarına Arzu Boyukagha Ibrahimli Huseynova Teacher of Baku State University, i.f.d.

Fields of Study & Subjects

Agricultural Development and Policies Food Security and Socioeconomic Dynamics Economic and Business Development Strategies

Publication details

Journal / source
Civilization
Publication date
25 March 2026
Language
AZ